KOBİA ilə Anadolu Aslanları İş Adamları Dərnəyi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
İstanbulda səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) baş direktoru Orhan Aydın ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə KOB-ların fəaliyyətinin genişlənməsində və daha effektiv həyata keçirilməsində biznes platformalarının əhəmiyyəti qeyd edilib, Azərbaycan və Türkiyə KOB-ları arasında əlaqələrin inkişafında KOBİA və ASKON-un birgə əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.