KOBİA rəhbərliyi Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında olub
Bakı, 19 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında olub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin rəhbərliyi idxal-ixrac əməliyyatlarının dəniz üzərindən həyata keçirilməsi üçün limanda yaradılmış şərait və görülən işlərlə yaxından tanış olublar.