CƏMİYYƏT
KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib VİDEO
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615797639911855834401_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615797639913270220450_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_161579763991486905628_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615797639912290531399_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615797639912242355112_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615797639911618361198_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615797639915846823060_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615797639914809457128_1200x630.jpg)
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın bu il keçirdiyi ilk forum qida biznesinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, “Qida biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş tədbirdə KOBİA-nın, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə qida sektoruna dair aktual məsələlər, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və görülən işlər, dövlət və özəl qurumlar arasında əməkdaşlıq müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, biznes subyektlərinin təklifləri dinlənilib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunacağı bildirilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, qida sektorunda çoxlu sahibkar fəaliyyət göstərir. Təkcə 2019-cu ildə bu sahədə 10 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib. Bu sahədə biznesin düzgün və səmərəli təşkili qida təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Qida sektorunda biznesin səmərəli təşkili üçün KOB-ların bilik və bacarıqlarının artırılmasına, maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə, yerli istehsal olan qida məhsullarının satış və logistikasına diqqətin artırılmasına, dövlət dəstək mexanizmlərinin təşviqinə ehtiyac var.
Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə çıxış edərək qida sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu, bu sahədə son zamanlar həyata keçirilən tədbirlər, qanunvericiliyə edilmiş dəyişikliklər və layihələr barədə məlumat veriblər.
Forumda KOBİA-nın mikro, kiçik və orta sahibkarlara dəstək mexanizmlərinə həsr olunan videoçarxlar nümayiş etdirilib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlər keçirilir. 2019-cu ildə KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə müxtəlif mövzularda 6 forum keçirilib və belə tədbirlər bu il də davam etdiriləcək.
Forumda qida biznesi sahəsində fəaliyyət göstərən sahibkarların aktual problemləri müzakirə edilib və onları maraqlandıran suallar cavablandırılıb.