Konqresvumen Tulsi Qabbard ABŞ prezidenti vəzifəsinə seçkiqabağı kampaniyaya başlayıb
Vaşinqton, 25 yanvar, AZƏRTAC
Nümayəndələr Palatasının Havay ştatından olan üzvü Tulsi Qabbard ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürür. Qabbard bu barədə yanvarın 24-də öz Twitter səhifəsində yerləşdirilmiş video vasitəsilə məlumat verib.
AZƏRTAC xəbər verir ki, Qabbard 15 il Milli Qvardiyada xidmət edib və iki dəfə İraqa ezam edilib. O, Konqresin aşağı palatasının Xarici İşlər Komitəsinin üzvüdür. ABŞ-ın suveren dövlətlərin işlərinə hərbi müdaxilə siyasətinə qarşı prinsipial mövqedən çıxış edən Qabbard 2017-ci ildə Suriya Prezidenti Bəşər Əsəd ilə görüşdüyünə görə kəskin tənqidə məruz qalıb.
Qeyd etmək lazımdır ki, Qabbard hələ 2017-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Nümayəndələr Palatasının üzvləri - Kaliforniyadan Deyvid Valadao və Nyu-Cersidən Frenk Pallon ilə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edib və beləliklə, həm Azərbaycan qanunlarını, həm də ABŞ-ın rəsmi xarici siyasət prinsiplərini pozub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]