KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ AÇIQ MƏHKƏMƏ İCLASI KEÇİRİLMİŞDİR
İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 2 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması barədə vətəndaş Ə.Kalayevin şikayəti ilə bağlı konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçinin nümayəndələri F.Bağırova və R.İbrahimovun, cavabverən orqanın nümayəndəsi A.Kalbalıyevin çıxışlarını, ekspert R.Bayramovun rəyini, mütəxəssislər H.Əliyev və C.Bağırovun arayışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Ə.Kalayevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı Bakı şəhərinin Nizami küçəsindəki 60 nömrəli evin 23-cü mənzilinin N.Allahverdiyevə verilməsi barədə Səbail Rayon İcra Hakimiyyətinin sərəncamının, həmin mənzilə dair özəlləşdirmə aktının, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, həmin mənzilin qanuni vərəsə kimi onun tərəfindən qəbul edilməsi və N.Allahverdiyevin Ə.Kalayevə və ailə üzvlərinə qarşı Bakı şəhərinin Nizami küçəsindəki 60 nömrəli evin 23-cü mənzilindən çıxarılması tələbi ilə bağlı əsas və qarşılıqlı iddiaya dair Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 2 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 25-ci, 29-cu və 147-ci maddələrinə, 149-cu maddəsinin III hissəsinə, “Keçid müddəaları”nın 8-ci bəndinə, “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci, 6-cı, 8-ci və 9-cu maddələrinə (19 sentyabr 1995-ci il redaksiyasında) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.0.3-cü, 418.1-ci, 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin və bu işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud təfsir edilə bilməz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:48]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [17:30]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [17:15]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [17:03]
BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib
- 10.10.2026 [16:26]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [16:18]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [15:10]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:52]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:44]