KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMU DAHA BİR ŞİKAYƏT ƏRİZƏSİNƏ DAİR QƏRAR ÇIXARMIŞDIR
İclasda vətəndaş Tofiq Nəcəfqulu oğlu Rəfiyevin şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2003-cü il 5 noyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 8 iyul tarixli, 6K saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmış və Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Tofiq Nəcəfqulu oğlu Rəfiyevin Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinə qarşı pensiyasının ödənilməsi iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2003-cü il 5 noyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci və Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.