Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait üzərində ciddi nəzarət olacaq
Bakı, 5 may, AZƏRTAC
Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə uğur əldə etmək sistemli tədbirlər tələb edir. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər, ölkəmizin iqtisadi gücü, səhiyyənin inkişafı koronavirusla mübarizədə müsbət nəticə əldə olunmasının səbəbləridir.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması da pandemiya ilə mübarizə məqsədi daşıyır: "Fond kifayət qədər şəffaf fonddur. Fonda toplanan vəsait üzərində ciddi nəzarət olacaq. Hazırda dövlətin bir məqsədi var: az itkilərlə mübarizədən qalib ayrılmaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]