İDMAN
Kriştianu Ronaldu Portuqaliyada mükafata layiq görülüb
Bakı, 12 noyabr, AZƏRTAC
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının futbolçusu Kriştianu Ronaldu mükafata layiq görülüb.
AZƏRTAC Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı ulduz hücumçuya futboldakı yüksək nailiyyətlərinə görə “Quinas de Platina” mükafatı verilib.
Ronaldu mükafatlandırma mərasimindən sonra təəssüratlarını bölüşüb: “Mən bu mükafatı son deyil, başlanğıc kimi görürəm. 18 yaşımda milliyə gələndə arzum ilk oyunumu keçirmək idi. Sonra 25-ə, 50-yə, ardınca isə üçrəqəmli oyun həddinə çatdım. Bununla qürur duyuram”.
Qeyd edək ki, Kriştianu Ronaldo Portuqaliya millisində 216 matçda 133 qolla yadda qalıb.