REGİONLAR
Kürdəmirdə 44 min hektardan çox sahədə payızlıq taxıl əkilib
Kürdəmir, 22 dekabr, AZƏRTAC
Kürdəmir rayonunda payızlıq taxıl əkini kampaniyası başa çatıb, 44 min 75 hektarda səpin aparılıb.
Bu barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Qorxmaz Şükürovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumatda bildirilib ki, sahələrin 11 min 75 hektarı buğda, 33 min hektarı isə arpadır. Səpində əsasən yerli şərait üçün daha əlverişli olan “Qobustan”, “Qızılbuğda”, “Murov 2” buğda, “Qarabağ 22”, “Qarabağ 33” arpa sortlarından istifadə olunub. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Şilyan, Qarasu, Muradxan, Karrar, Yenikənd və bir sıra digər ərazi icra nümayəndəliklərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb.
İlkin səpilən ərazilərdə, ümumən əkinlərin 70 faizində normal çıxış alınıb. Hazırda sahələr suvarılır. Artıq 25 min hektarda əkinlərin birinci suvarılması başa çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]