Kürdəmirdə ağacəkmə aksiyası keçirilib
Kürdəmir, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Kürdəmirdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ağacəkmə aksiyası iştirakçıların fəallığı şəraitində, karantin rejiminin tələblərinə riayət olunmaqla təşkil edilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyətin, təbiətə olan qayğı hissinin təbliği məqsədi daşıyan aksiyada Şəhərin Heydər Əliyev parkında, şəhər ərazisindəki yol kənarlarında 1000 ədədə yaxın Eldar şamı, sərv, küknar ağacları əkilib. Əkilən ağaclar suvarılıb, becərilməsi və qorunması üçün tədbirlər görülüb.