Kurqan və Xabarovskda yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti qəbulu həyata keçirilib
Xabarovsk, 6 may, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğu Kurqan və Xabarovsk şəhərlərində yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti qəbulu həyata keçirib.
AZƏRTAC xəbər verir ki, səyyar qəbulda vətəndaşları maraqlandıran suallar baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev tərəfindən cavablandırılıb, onların qarşılaşdıqları problemlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək vətəndaş konsulluq münasibətlərində daha səmərəli işin qurulması üçün müvafiq qeydlər götürülüb.
Görüş iştirakçılarına Yekaterinburq Baş Konsulluğunda konsulluq xidməti üzrə tətbiq olunan yeniliklər, xüsusilə IVR (Interactive Voice Response) sistemi, elektron qəbul sistemi, elektron və fiziki poçt vasitəsilə uzaqdan müraciət qaydaları haqqında məlumat verilib. Həmin regionlarda yaşayan Azərbaycan vətəndaşlarının konsulluq əməliyyatları ilə bağlı sənəd müraciətləri yerində qəbul olundu.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Xabarovsk