Latviya Prezidenti koronavirus səbəbindən Almaniyaya səfərini təxirə salıb
Riqa, 25 avqust, AZƏRTAC
Latviya Prezidenti Eqil Levits bu həftə Almaniyaya planlaşdırılan səfərini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bunu Latviya Prezidentinin müşaviri Ayva Rozenberq bəyan edib.
O bildirib ki, Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin COVID-19-un Avropa ölkələrində yayılması ilə bağlı açıqladığı məlumatlar nəzərə alınaraq, tərəflər səfərin tarixinin başqa vaxta keçirilməsi barədə razılıq əldə ediblər.
Səfərin vaxtı hələlik dəqiqləşdirilməyib.
Bundan əlavə, Latviya Prezidenti sentyabrın 8-də Polşada keçiriləcək iqtisadi forumda iştirak etməmək qərarı verib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]