Azərbaycan Dövlət İnformasiya Agentliyi

LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN NİTQİ

LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN NİTQİ

- Zati-aliləri cənab Azərbaycan Prezidenti!

Hörmətli xanım Əliyeva!

Xanımlar və cənablar!

Zati-aliləri, çox şadam ki, Siz mənim təklifimi qəbul edərək, dövlətlərimiz müstəqilliyini bərpa etdiyi və diplomatik əlaqələrin yaradıldığı vaxtdan sonra ilk dəfə olaraq Latviyaya səfər etmisiniz.

Düz bir il öncə, 2005-ci il oktyabrın 3-4-də Latviya Prezidentinin Azərbaycana ilk səfəri olmuşdur. Mən son dərəcə gözəl Azərbaycan torpağına səfər etmək və Sizin xalqınızın qonaqpərvərliyi ilə tanış olmaq şərəfinə nail olmuşam. Sizin ölkənizə səfərim zamanı Köhnə Bakını - İçərişəhəri ziyarət etmək imkanım olub, hansı ki, eynilə hazırda bizim olduğumuz Köhnə Riqa kimi parlaq bir arxitektura abidəsidir və YUNESKO-nun Dünya İrsi Siyahısına salınmışdır.

Biz Köhnə Riqanın tarixinin ən parlaq şahidlərindən biri olan Qarabaşlılar Evi binasındayıq. Bu bina bizim tariximizin bir növ simvoluna çevrilmişdir. Belə ki, İkinci Dünya müharibəsi zamanı Qarabaşlılar Evi, demək olar, tamamilə dağıdılmışdı və müstəqilliyin bərpasından sonra dövlətimiz kimi, bu binanı da yenidən qurmuşuq. Eynilə öz dövlətini yenidən qurmuş Azərbaycan xalqı kimi.

Bizim ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin bizi xalqlarımız arasındakı dostluq münasibətləri birləşdirir. Xalqlarımızın tarixində son dərəcə çox bənzərliklər var. 1918-ci ildə Latviya və Azərbaycan müstəqillik yoluna qədəm qoymuş, bunun qarşısı Azərbaycanda 1920-ci ildə, Latviyada isə 20 il sonra zorakılıqla kəsilmişdir. Məhz bir çox onilliklər ötəndən sonra, xalqlarımızın davamlı olaraq ədalətə və müstəqilliyə can atması sayəsində Latviya və Azərbaycan yenidən azad olmuşdur.

Bu il bizim ölkələrimizin müstəqilliyinin bərpa olunmasının 15 ili tamam olur. Bu illər ərzində bir çox şeylərə müvəffəq olmuşuq. Latviya və Azərbaycan dünyanın siyasi xəritəsində öz yerlərini həmişəlik əldə etmişlər. Latviya 2004-cü ildə Avropa Birliyinə və NATO-ya daxil olmaq kimi özünün iki strateji məqsədinə nail olmuşdur. Azərbaycan bu 15 il ərzində yerləşdiyi regionun liderlərindən birinə çevrilmişdir. Hələ yaxın keçmişdə həyata keçirilməz görünən məsələlər, artıq bu gün reallığa çevrilmişdir.

Bu il ərzində ikitərəfli əlaqələrimizdə bir çox mühüm, həlledici məqamlar öz yerini tapmışdır. Riqada Azərbaycan səfirliyinin açılması diplomatik əlaqələrin inkişafına imkan yaratmışdır. Şadam ki, Bakıda Latviya səfirliyi öz işinə başlamışdır. Azərbaycanda fövqəladə və səlahiyyətli səfirimizin yaxın zamanda akkreditə olunacağına ümidvarıq.

İqtisadiyyat sahəsində bir çox məqsədlər yerinə yetirilmişdir. İki il ərzində ölkələrimiz arasında ticarətin həcminin faktik olaraq iki dəfə artdığını qeyd etmək istərdim. Buna ötən il imzalanmış sənədlər və həmçinin hər iki səfirliyin uğurlu fəaliyyəti imkan yaratmışdır. Paytaxtlarımız arasında birbaşa hava əlaqəsinin açılması iş adamlarının təmaslarının fəallaşmasına səbəb olmuşdur. Dövlət səfəri çərçivəsində keçiriləcək biznes forumu bu təmasların dərinləşməsi üçün əlavə imkanlar yaradır. Bu gün imzalanmış sənədlər də münasibətlərimizin inkişafına fayda verəcəkdir. Ümid edirəm ki, hökumətlərarası komissiya ilin sonuna kimi öz işinə başlayacaqdır.

Bu gün imzalanmış və bir çox mühüm beynəlxalq məsələlər üzrə bizim ümumi mövqeyimizin ifadə olunduğu birgə bəyannamə ölkələrimiz arasındakı əlaqələrin yetkinliyini sübut edir.

Mən Azərbaycan tərəfindən AB və NATO ilə daha sıx əlaqələrin yaradılmasının xeyrinə edilmiş seçimi böyük məmnuniyyətlə izləmişəm. Latviya Avropa Birliyinin Yeni qonşuluq siyasətində yaxından iştirak edir və Cənubi Qafqaz dövlətləri ilə, o cümlədən Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləyən dövlətlər sırasına aiddir. Bu, bizim prioritetlərimizdən biridir. Əmin ola bilərsiniz ki, Latviya tərəfindən bu fəaliyyət davam etdiriləcəkdir.

Cənab Prezident, mən BMT-nin baş katibi vəzifəsinə seçkilərdə namizədliyimin Azərbaycan tərəfindən dəstəkləndiyinə görə Sizə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. BMT-nin bütün dünyada sülhə, sabitliyə və inkişafa imkan yaradan əvəzedilməz forum olduğuna inanıram. Bizim ümumi borcumuz bu təşkilatın planetimizdə sülhü və tarazlaşdırılmış inkişafı möhkəmləndirərək, XXI yüzilliyin çağırışlarına səmərəli cavablar vermək iqtidarında olması istiqamətində əməyimizi əsirgəməməkdən ibarətdir.

Zati-aliləri, öz səfərinizlə Latviya xalqına verdiyiniz şərəfə görə Sizə minnətdaram. Bu, əlaqələrimizin inkişaf etdirilməsi yolunda ümidlər vəd edən bir addımdır və inanıram ki, bu əlaqələr gələcəkdə də öz inkişaf dinamikasını qoruyub saxlayacaqdır.

Mən bu badəni bizim hazırkı və gələcək əməkdaşlığımızın, ölkələrimizin tərəqqisinin şərəfinə qaldırmaq istəyirəm!

Latviya və Azərbaycan arasındakı dostluğun şərəfinə!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb