Azərbaycan Dövlət İnformasiya Agentliyi

LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN NİTQİ

LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN NİTQİ

- Zati-aliləri Prezident Əliyev,

- sahibkarlar,

- xanımlar və cənablar!

- Bir il öncə mənim Azərbaycana dövlət səfərimdən sonra burada təşkil olunmuş Latviya-Azərbaycan biznes forumunda çıxış etməkdən məmnunam və şərəf hissi duyuram. Mən bu forumda təmsil olunmuş çoxsaylı Latviya və Azərbaycan şirkətlərini görməkdən şadam. İştirakçılar çoxdur, məncə, təşkilatçılar daha böyük salon ayıra bilərdilər. Belə mühüm tədbiri təşkil etdiyinə görə Latviya İnvestisiya və İnkişaf Agentliyinə, habelə Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fonduna öz minnətdarlığımı bildirmək istəyirəm.

- Bu gün keçirilən biznes forumu, eləcə də ötən il Azərbaycana etdiyim səfərin nəticələri iqtisadi əməkdaşlığımızın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə böyük marağın olduğunu göstərir. Hesab edirəm ki, yaxşı əsaslarla başlayırıq.

- Azərbaycana səfərimdən sonra, Latviyanın “Air Baltic” milli aviasiya şirkəti bu ilin mayında Riqa ilə Bakı arasında birbaşa uçuşlara başlamışdır. Həmin vaxtdan etibarən Latviya və Azərbaycan şirkətləri bir sıra yeni tərəfdaşlıq əlaqələri qurmuşlar. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfə artmışdır. Ümid edirəm ki, bu, davam edəcəkdir.

- Biz aşağı həcmli ticarət dövriyyəsindən başlamışdıq, lakin indi görürük ki, inkişaf gedir və bu, bizim münasibətlərimizin tarixində yeni bir səhifə açır.

Burada bir sıra Latviya şirkətləri, o cümlədən kommersiya bankları və informasiya texnologiyaları şirkətləri var ki, onlar artıq bir neçə il ərzində Azərbaycan bazarında fəaliyyət göstərmişlər. Eyni zamanda, Azərbaycan şirkətləri Latviyada işləmişlər. Ümidvaram ki, Sizin Latviyaya dövlət səfəriniz nəticəsində daha çox birgə müəssisə yaranacaq və tərəfdaşlıq qurulacaqdır.

2005-ci ildə Azərbaycana etdiyim dövlət səfəri zamanı hər iki tərəf gömrük məsələlərinin həllinə və sərmayələrin təşviqi və qorunmasına töhfə vermiş, habelə iqtisadi, elmi, texniki və mədəni əməkdaşlığı gücləndirən sazişlər imzalamışdır. Vergi sahəsində konvensiya və terrorçuluğa qarşı mübarizə haqqında saziş gələcək işbirliyimiz üçün möhkəm əsasların yaradılmasına da kömək etmişdir. Biz ümid edirik ki, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında saziş çərçivəsində yaradılmış hökumətlərarası komissiya dövlətlərimiz arasında daha intensiv dialoqun təmin edilməsinə təsirini bu yaxınlarda göstərəcəkdir.

Dünən hökumətlərimiz arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bir sıra yeni sazişlər imzalanmışdır. Mən ürəkdən ümid edirəm ki, Azərbaycan və Latviyanın biznes nümayəndələri də öz aralarında bir çox yeni tərəfdaşlıq sazişləri bağlayacaqlar və cənab Prezident, Sizin Latviyaya səfəriniz ölkələrimiz arasındakı ticarət münasibətlərinə yeni təkan verəcəkdir.

Ötən il Latviyada Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsində mühüm hadisə olmuşdur. Cari il ərzində Latviyanın Azərbaycanda səfirliyinin açılması ilə bu uğurlar daha da artacaqdır.

Cənab Prezident, Latviyanın Avropa İttifaqı və NATO-ya üzv olması ölkənin iqtisadi inkişafına müsbət təsir göstərmişdir. Latviya ilə Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatları qurduğu bir vaxtda belə bir biznes auditoriyasına müraciət etmək xüsusilə xoşdur. 2001-2005-ci illər ərzində Latviyanın ÜDM-nin artımı ildə 8 faizdən çox olmuşdur. Ötən il ÜDM-in artımı 10,2 faizə çatmışdır. Bu, Avropa İttifaqında ən yüksək və bütün dünyada 5-ci göstəricidir. Cari ilin birinci yarısında, mənim ölkəmdə ÜDM-in həcmi hətta 12 faizdən çox artmışdır. Bu cür sürətli iqtisadi artım daxili tələbatın dayanmadan artması və Latviyanın ixracının davamlı şəkildə yüksəlməsi sayəsində mümkün olmuşdur.

Bu gün Latviyanın sənaye potensialının 70 faizindən çoxu özəl sektorun payına düşür. 2005-ci ildə mənim ölkəmin ixrac əməliyyatlarının 76,2 faizi, yəni dörddə üçündən çoxu məhz dost Avropa İttifaqı ölkələri ilə olmuşdur. Latviyadakı birbaşa xarici sərmayələrin üçdə ikisindən çoxu Avropa İttifaqının payına düşür, 2005-ci ildə bu, 68,2 faiz təşkil etmişdir.

Mən məmnunluqla qeyd edirəm ki, Latviyanın Azərbaycana ixracı ötən il ərzində 35 faizdən çox artmışdır. Azərbaycandan idxal isə üç dəfə çoxalmışdır. Latviya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi hələ də nisbətən aşağı olsa da, biz ümid edirik ki, müsbət meyillər davam edəcəkdir. Biz gələcəkdə ticarət sahəsində, xüsusən də Latviyanın ixrac əməliyyatlarında gözəçarpan artımın əldə olunmasına ümid edirik.

Cənab Prezident, iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycanı təbrik edirik. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf etməkdədir. Xarici sərmayədarlar Azərbaycanda böyük layihələr, xüsusən də karbohidrogen sektorundakı layihələri həyata keçirməkdə davam edirlər. Biz ürəkdən inanırıq ki, yeni strateji boru kəmərləri sistemlərinin inkişaf etdirilməsi, habelə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi Azərbaycanın və onun xalqının rifahının yüksəldilməsinə kömək edəcəkdir. Latviya Azərbaycan qazı, nefti və neft məhsullarının idxal edilməsində maraqlıdır. Hazırda onların idxalı Rusiya ərazisi ilə tranzit şərtlərindən olduqca asılı vəziyyətdədir. Avropa İttifaqının üzvü olaraq, Latviya Azərbaycanın əlavə neft və qaz təchizatı sistemlərinin inkişaf etdirilməsi və onların Avropaya qədər uzadılmasında xüsusilə maraqlıdır.

Neftin kəşfiyyatı və işlənilməsi üzrə dünyada ən mühüm ölkələrdən biri sayılan Azərbaycan, əlbəttə ki, təbii yanacağın qiymətlərinin artmasından faydalanır. Amma hazırda dünyada neftin qiymətlərinin artması Latviyada son iki il ərzində ildə 6 faizlik həddi keçmiş inflyasiyanın səviyyəsinə əlavə təzyiq göstərir və gələcəkdə bizim iqtisadi artımımızı zəiflədə bilər.

ÜDM-in yüksək artım səviyyəsinin saxlanılması Avropa İttifaqının orta gəlir səviyyəsinə çatmağı arzulayan Latviya üçün olduqca vacibdir. Bizim gəlir səviyyəmiz hələ də Avropa İttifaqının orta göstəricisinin 50 faizini təşkil edir. Artımı davam etdirmək üçün Latviya bir sıra işləri yerinə yetirməlidir. Ölkədə daha yüksək keyfiyyətli mallar istehsal etməklə və xidmətlər göstərməklə rəqabət artırılmalı və yüksək texnologiyalara səmərəli şəkildə sərmayə yatırılmalı və onlar tətbiq olunmalı, tədqiqatlar və yeniliklər təşviq olunmalı və yüksək peşəkarlığı ilə seçilən işçi qüvvəsi ilə təmin edilməlidir. Biz Avropa İttifaqının strukturları və uyğunlaşma fondlarının səmərəli istifadəsini mümkün etməliyik. Çünki onlar sadalanmış prioritetlərin həyata keçirilməsində bizə yardım edəcək və sosial-iqtisadi qeyri-bərabərliyin tədricən azaldılmasına zəmin yaradacaqdır.

Yaydakı quraqlığın məhsula göstərdiyi təsiri və Orta Şərqdə siyasi gərginlik nəticəsində neftin qiymətlərinin daha da qalxması ehtimalını nəzərə alaraq, yaxın gələcəkdə Latviyada inflyasiya dərəcəsini azaltmaq çətin olacaqdır. Nəticədə belə çıxır ki, mənim ölkəm avronu, nəzərdə tutulduğu kimi, 2008-ci ilin yanvarın 1-də yox, ondan sonra dövriyyəyə buraxacaqdır.

İnflyasiya səviyyəsindən savayı, Latviya Valyuta-İqtisadi İttifaqına qoşulmaq üçün lazım olan digər meyarlara tam cavab verir.

Cənab Prezident, Latviya İpək yolunun nəqliyyat marşrutları ilə tarixən bağlı olub və ənənəvi olaraq, Avropa ilə Asiya arasında ticarət və tranzit üzrə vacib mərkəzə çevrilibdir. Bu gün ölkəm siyasi baxımdan təhlükəsizdir və Şimali Avropanın zəngin bazarlarına açıqdır. Latviya Azərbaycan istehsalçılarına özlərinin məhsulları və xammalı ilə yeni Qərb bazarlarına daxil olmaqda kömək edə bilər. Latviyanın donmayan üç ən böyük dəniz limanı olduqca qənaətcil və yüksək səviyyədə inkişaf etmiş infrastrukturla təchiz edilmişdir. Yollarımızın, boru kəmərlərimizin və anbarlarımızın imkanlarından tam istifadə etmək, daha yüksək həcmdə yüklər qəbul etmək mümkündür və mən əminəm ki, Siz Latviyanın üstünlüklərini müsbət qiymətləndirəcəksiniz.

Mən ürəkdən inanıram ki, Sizin ölkəmə səfəriniz zamanı, Siz Riqanın və Latviyanın ümidverici potensialı barədə daha çox öyrənəcəksiniz. Biz strateji Baltik dənizi regionunun tam mərkəzində yerləşirik. Ümidvaram ki, Azərbaycan Prezidentinin Latviyaya indiki dövlət səfəri ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi və şaxələndirilməsinə xidmət edəcək, daha geniş iqtisadi əməkdaşlığa yeni təkan verəcək və sahibkarlarımız arasında yeni faydalı işbirliyinin qurulmasına əsas yaradacaqdır.

Mən hər iki ölkənin biznes nümayəndələrinə uğurlu görüşlər və burada, Riqada aparacaqları müzakirələrdə faydalı nəticələr arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb