Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə
Hörmətli cənab Prezident,
Əziz Dostum,
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Latviyanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Hazırda ikitərəfli münasibətlərimiz bu xoş ənənələr əsasında inkişaf edərək yeni məzmun kəsb etmişdir.
İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 noyabr 2013-cü il.