RƏSMİ XRONİKA
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə
Hörmətli cənab Prezident,
Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 iyun 2011-ci il.