LƏNKƏRANDA MƏKTƏBLİLƏR ARASINDA İDMANIN GÜLLƏ ATICILIĞI NÖVÜ ÜZRƏ RAYON BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş «Mahir nişançı» devizi ilə idmanın güllə atıcılığı növü üzrə məktəblilər arasında rayon birinciliyi keçirilmişdir.
Təhsil şöbəsi, gənclər və idman idarəsi və KHVTİC Lənkəran Texniki İdman Klubunun birgə keçirdikləri yarışmada 34 komandanı təmsil edən 136 şagird qalib adı uğrunda mübarizə aparmışdır.
Komanda birinciliyində şəhər 9, 1 və 4 nömrəli məktəblərinin komandaları daha yüsək xal toplayaraq müvafiq olaraq 1-3-cü yerləri tutmuşlar.
Şəxsi birincilik yarışlarında isə şəhər 4 nömrəli orta məktəbin şagirdi Ələkbər Kərimov, Veravul kənd 2 nömrəli orta məktəbin şagirdi Cəmil Həsənov və şəhər 9 nömrəli orta məktəbin şagirdi Elsevər Mənsiyev fərqlənmişlər.
Qaliblərə diplomlar və hədiyyələr təqdim edilmişdir.