Lənkəranda “Natiqlik məktəbi” layihəsi çərçivəsində ilk təlim sessiyası keçirilmişdir
Lənkəran, 31 oktyabr (AZƏRTAC). Lənkəran şəhərində “Natiqlik məktəbi” layihəsi çərçivəsində “Kəşf olunan innovativ və kreativ gənclik” mövzusunda ilk təlim sessiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi regionda yaşayan gənclərdə natiqlik bacarıqlarının inkişaf etdirilməsi, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəslin formalaşdırılmasıdır.
Təlim sessiyasında Lənkəran şəhərində yaşayan 25 gənc fəal üçün “Ünsiyyət”, “Natiq auditoriyada”, “Natiqlik sənəti” mövzularında seminarlar təşkil edilmişdir.
Tədbirin sonunda gənc natiqlər növbəti sessiyalarda çıxış etmək üçün mövzular seçərək, ona hazırlaşmaq qaydalarını mənimsəmişlər.
Layihənin rəhbəri Samir Salayev bildirmişdir ki, nəzərdə tutulan növbəti 4 sessiyada natiqlik bacarıqlarına yiyələnmiş gənclərin auditoriya qarşısında çıxışları praktiki surətdə təmin olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]