Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan paraatleti Oloxan Musayev Tunis Qran-Prisində gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, paralimpiya çempionu nüvəitələmə yarışında F55 kateqoriyasında 11.64 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl milli komandanın digər üzvü Rüfət Rəfiyev F36 kateqoriyasında gümüş medala sahib olub.
İyunun 19-na kimi davam edəcək Tunis Qran-Prisində ölkəmizi nüvəitələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov nüvəitələmə ilə yanaşı, diskatma yarışlarında da qüvvələrini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]