Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq
Bakı, 17 iyun, AZƏRTAC
Tacikistan Prezidenti Emoməli Rəhmon Dövlət Müstəqilliyinin 35-ci ildönümü münasibətilə “Amnistiya haqqında” Qanunu imzalayıb.
AZƏRTAC Tacikistanın “Xovar” informasiya agentliyinə istinadla xəbər verir ki, qanun ümumilikdə 18 min 38 nəfərə şamil ediləcək. Onlardan 11 min 305-i azadlıqdan məhrumetmə cəzasından azad olunacaq, 6 min 733 nəfərin isə qalan cəza müddəti azaldılacaq.
Amnistiya yetkinlik yaşına çatmayanlar üçün də nəzərdə tutulub. Belə ki, 134 azyaşlı məhkumdan 99-u azadlığa buraxılacaq, 35 nəfərin qalan cəzası isə yüngülləşdiriləcək.
Qanun məhkəmə, istintaq və araşdırma mərhələsində olan bəzi şəxslərə də şamil edilir. Müvafiq qurumlara sənədin icrasını iki ay ərzində təmin etmək tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]