Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir
Paris, 17 iyun, AZƏRTAC
Fransa, 2027-ci ildən istismar müddəti başa çatacaq vahid raket buraxılış sistemlərini (LRU) əvəz etmək üçün “Safran” və MBDA şirkətlərinin konsorsiumu ilə danışıqlara başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votren “Eurosatory” müdafiə sərgisində məlumat verib.
Nazir Ukrayna müharibəsi fonunda uzaq məsafəyə dəqiq zərbə imkanlarının ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Konsorsium proqram çərçivəsində ötən apreldə yer-yer tipli “Thundart” raket sistemini təqdim edib. Yüksək manevr qabiliyyətinə malik bu kompleks saatda 80 kilometr sürətlə hərəkət edir və atəşdən dərhal sonra mövqeyini dəyişə bilir.
Müsabiqədə yerli “ArianeGroup” və “Thales”in birgə layihəsi ilə yanaşı, Cənubi Koreyanın “K239 Chunmoo” və ABŞ-ın məşhur “HIMARS” sistemləri də qiymətləndirilib. Fransa hökuməti ABŞ istehsalı “HIMARS” variantını hələ tam istisna etməsə də, Paris milli suverenliyi qorumaq və Vaşinqtondan hərbi asılılığı azaltmaq üçün yerli sənaye həllinə (“Safran” və MBDA) üstünlük verməyə çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]