UNITAR rəsmisi: Potensialın inkişafı üçün sistemli və çoxsəviyyəli yanaşma vacibdir
Bakı, 17 iyun, AZƏRTAC
İnkişaf və təlim sahəsində sistemli düşüncə, çoxsəviyyəli yanaşma və çeviklik müasir çağırışlara uyğunlaşmaq üçün əsas şərtlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Rifah üzrə Bölməsinin direktoru Mihoko Kumamoto İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, ənənəvi yanaşmalardan fərqli olaraq sistemli düşüncə və kompleks fəaliyyət modeli daha effektiv nəticələr verir.
“Potensialın inkişafı yalnız fərdlər səviyyəsində deyil, həm də liderlər, qərarvericilər, institutlar və ümumi cəmiyyət səviyyəsində həyata keçirilməlidir. Potensialın inkişafı üç səviyyəni əhatə etməlidir: fərdi, institusional və cəmiyyət. Yalnız bu halda effektiv nəticələr əldə etmək mümkündür”, – deyə o qeyd edib.
BMT rəsmisi əlavə edib ki, ənənəvi uzunmüddətli planlaşdırma yanaşmaları saxlanılsa da, dəyişən şəraitə uyğunlaşmaq üçün yeni və adaptiv modellər də tətbiq edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:28]
BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]