Baş direktor: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir
Bakı, 17 iyun, AZƏRTAC
Maliyyə institutlarının inkişafı və bazarın şaxələndirilməsi üçün texniki və peşəkar potensiala investisiyaların artırılması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda çıxışı zamanı deyib.
Şahin Məmmədzadənin sözlərinə görə, maliyyə qurumları texniki və peşəkar potensiala sərmayə qoymadıqda sektorun inkişafı məhdudlaşır.
“Əgər maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməsə, bu zaman bazarın inkişaf istiqamətləri sual altına düşür. Bazarın inkişafı üçün tələb və təklif balansı vacibdir və maliyyə sektorunda yeni yanaşmaların tətbiqi üçün real tələbin formalaşması mühüm şərtdir”, – deyə o qeyd edib.