Lənkəranda “Nəsillərin ahəngi” adlı tədbir təşkil olunub






Bakı, 29 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Nəsillərin ahəngi" adlı tədbir təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial reabilitasiyasına dəstək göstərilməsi və asudə vaxtının səmərəli təşkilindən ibarət olub.
29 Aprel-Beynəlxalq Rəqs Gününə həsr edilən tədbirdə evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıl şəxslər və rayon gəncləri iştirak ediblər.
Tədbirdə iştirakçılar birlikdə hazırladıqları rəqs nümunələrini təqdim edib, müxtəlif stolüstü və digər idman oyunlarında öz məharətlərini göstəriblər.