LEONARDO DA VİNÇİNİN ANASI ŞƏRQDƏN GƏTİRİLMİŞ KÖLƏ OLUB?
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, məşhur rəssam, heykəltəraş, arxitektor, alim və mühəndis Leonardo da Vinçinin həyat və yaradıcılığının italiyalı tədqiqatçısı, professor Alessandro Vetssozi İntibah dövrünun bu dahisinin nəsil şəcərəsi haqqında sensasiyalı məlumat tapmışdır. O, “Leonardo: mif və həqiqət” kitabında yazır ki, dahi rəssamın anası Katerina Şərqdən gətirilmiş kölə idi. İslam dünyasının hər hansı iri mərkəzlərinin, məsələn, Konstantinopolun və ya Misirin İsgəndəriyyə şəhərinin kölə bazarlarından XV əsrdə Piza limanına gətirilən kölə qadın və qızlara, adətən, Katerina adı verirdilər. Müəllif öz fikrini təsdiqləmək üçün bir sıra sübutlar gətirir.
Leonardonun vətəni Vinçi şəhərindəki Milli Muzeyin nəşr etdirdiyi kitabda digər kəşflər də var. Məsələn, müəllif öz qəhrəmanının barmaq izlərini ilk dəfə bərpa etməyə müvəffəq olmuşdur ki, bu da Leonardonun bəzi əsərlərinin atribusiyası zamanı çox kömək edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]