Azərbaycan Dövlət İnformasiya Agentliyi

LERİK RAYONUNA TƏBİİ QAZIN VERİLMƏSİ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ MƏRASİMDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz leriklilər,

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

Bu gözəl gündə biz birlikdəyik. Lerikdə çox əlamətdar bir hadisəni birlikdə qeyd edirik. Demək olar ki, bu, tarixi bir hadisədir. İlk dəfə olaraq, biz Lerikə təbii qazın çəkilişinə nail olduq və bu gün bu məşəli yandırdıq. Bu münasibətlə də sizi ürəkdən təbrik edirəm.

Lerik rayonuna qazın çəkilişi onu göstərir ki, Azərbaycan dövləti hər şeyə qadirdir. Bizim əsas vəzifəmiz, əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin. Hər bir bölgədə abadlıq-quruculuq işləri aparılsın, yollar çəkilsin, qaz xətləri çəkilsin, işıq çəkilsin ki, insanlar daha da yaxşı yaşasınlar. Bu gün Azərbaycanın, demək olar ki, bütün bölgələrində çox sürətli inkişaf gedir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla icra edilir. Bu proqramda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapır. Proqram təxminən üç il bundan əvvəl qəbul edilmişdir və bu gün artıq onun icrası göstərir ki, nəzərdə tutulmuş bütün məsələlər həyatda öz əksini tapır. Verilmiş bütün vədlər həyatda öz əksini tapır.

Mən bir il bundan əvvəl burada, Lerikdə olarkən söz vermişdim ki, yaxın zamanlarda Lerikə qaz xətti çəkiləcəkdir. Biz buna nail olduq və bu gün birlikdə qeyd edirik. Bir il əvvəl isə bundan daha az əhəmiyyət kəsb etməyən məsələni - Lənkərandan Lerikə çəkilmiş yeni yolun açılışını birlikdə qeyd edirdik. Siz yaxşı xatırlayırsınız ki, o yol əvvəllər çox bərbad vəziyyətdə idi. Lerikdən Lənkərana getmək üçün insanlar çox böyük çətinlik, böyük əzab çəkirdi. O yolu getmək üçün bir neçə saat vaxt lazım idi. İndi isə çox rahat, bir saatdan az vaxtda bu yolu gəlmək olar. Bu gün də bu yolu gəlmişəm və görürəm ki, bir il ərzində yol öz keyfiyyətini itirməyibdir. Yəni bu, onu göstərir ki, çox keyfiyyətli çəkilibdir. İstər paytaxtda, istərsə də ən ucqar rayonda, kənddə bizim bütün işlərimiz belə yüksək səviyyədə, dünya standartlarına uyğun səviyyədə olmalıdır. Yalnız o təqdirdə biz Azərbaycanımızı hərtərəfli inkişaf etdirə biləcəyik.

Mənim məqsədim bundan ibarətdir. Lerik rayonunun timsalında biz bunu görürük. Yeni yol salınıb, qaz xətti çəkilibdir. İndi Astara rayonunda yeni elektrik stansiyasının işə salınmasından sonra bütün cənub bölgəsinin elektrik enerjisi ilə təminatı daha da yaxşılaşacaqdır. Yeni, əlavə ötürücü xətlər çəkiləcəkdir. Bütün infrastruktur yeniləşir. Xüsusilə, cənub bölgəsinə böyük diqqət göstərilir. Astara modul tipli elektrik stansiyası son illər ərzində Azərbaycanda tikilən bu cür birinci stansiya idi. Lənkəranda müasir Müalicə-diaqnostika mərkəzi tikilibdir və artıq müalicə üçün, yüksək keyfiyyətli tibbi xidmət almaq üçün Bakıya getməyə ehtiyac yoxdur. Lənkəranda ən müasir standartlara cavab verən avadanlıq quraşdırılıbdır.

Bilirsiniz ki, bu bölgənin hərtərəfli inkişafı üçün Lənkəran şəhərində yeni aeroportun tikintisi də başlanmışdır. Əminəm ki, gələn il aeroport fəaliyyətə başlayacaqdır. Bu, beynəlxalq aeroport olacaq, buradan istənilən şəhərə, istənilən ölkəyə getmək mümkün olacaqdır. Bütün bunlar regionun hərtərəfli inkişafına çox güclü təkan verir, gözəl şərait yaradır. Yeni iş yerlərinin açılması, maaşların, pensiyaların qaldırılması, elektrik enerjisi, qaz təchizatı insanların həyat səviyyəsini yaxşılaşdırır və beləliklə, hər bir vətəndaş müsbət dəyişiklikləri öz gündəlik həyatında görür.

İki gün bundan əvvəl Bakıda Nazirlər Kabinetinin geniş iclasında biz ilin 9 ayının yekunlarını müzakirə etdik və bir daha qeyd olundu ki, Azərbaycan ən yüksək sürətlə inkişaf edir. İqtisadi inkişaf, sənaye istehsalının artımı baxımından dünyada birinci ölkədir. Bu, çox əlamətdar məsələdir. Ancaq ən önəmlisi odur ki, hər bir vətəndaş gündəlik həyatda bu müsbət dəyişiklikləri hiss etsin. Bunu etmək üçün hər bir imkan var.

Bu gün burada çıxış edən ağsaqqal qaz kəmərini Bakı-Ceyhan neft kəmərinə bənzətdi. Mən bu müqayisə ilə razıyam. Bu qaz kəməri az əhəmiyyət daşımır. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın hərtərəfli inkişafına gözəl imkanlar yaradır. Lerikə çəkilən qaz xətti bu rayonun inkişafına gözəl imkanlar yaradır və onu göstərir ki, bizim üçün bütün məsələlər eyni dərəcədə əhəmiyyət kəsb edir. Qlobal, nəhəng layihələr və bir qəsəbənin, bir kəndin problemləri arasında heç bir fərq qoymuruq. Çünki hər birindən məqsəd Azərbaycan xalqının daha da yaxşı yaşamasıdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri ulu öndər Heydər Əliyevin əsəridir. Onun başladığı uğurlu neft strategiyasının təntənəsidir. Biz bu kəmərin tikintisini başa çatdırdıq və Azərbaycan bundan sonra uzun illər, onilliklər ərzində rahat yaşayacaq, iqtisadi potensialımız, imkanlar artacaqdır.

Büdcəmiz artır. Yeni büdcə layihəsi parlamentə göndərilibdir. Gələn ilin büdcəsi 6 milyard dollardan çox olacaqdır. Üç il əvvəlki büdcə ilə müqayisədə dörd dəfə çox olacaqdır. Bu nə deməkdir? O deməkdir ki, gələn il çoxlu abadlıq işləri görüləcək, maaşlar, pensiyalar qaldırılacaq, yanvarın 1-dən minimum əmək haqqı artırılacaqdır. Bu da öz növbəsində insanların rifah halının yaxşılaşmasına xidmət edəcəkdir. Yeni sənaye müəssisələri, zavodlar, fabriklər, məktəblər, xəstəxanalar tikiləcəkdir. Bütün bunlar inkişaf deməkdir və Azərbaycanı gücləndirir, Azərbaycanda olan potensialı tam şəkildə səfərbər edir. Mən çox şadam ki, bütün bölgələrdə inkişaf çox sürətlə gedir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çox böyük beynəlxalq əhəmiyyəti var. Regional işlərdə bizim mövqelərimizi möhkəmləndirir, ancaq ilk növbədə, Azərbaycanda həllini gözləyən problemlərin həll olunmasına kömək göstərir.

Buraya yolun, qaz kəmərinin çəkilişinə böyük vəsait xərclənmişdir. O vəsaiti biz haradan götürürük? Azərbaycanın artan maddi, iqtisadi imkanlarının hesabına əldə edirik. Bunun isə təməlində Bakı-Tbilisi-Ceyhan neft kəməri dayanır. Ondan gələn gəlirlər, bunun sayəsində digər sektorların inkişafı - bütün bunlar bir-birinə çox bağlıdır.

Lerik rayonuna qaz kəmərinin çəkilişi sırf sosial məqsəd daşıyan bir layihədir. Çünki adətən, bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə hər bir layihə sırf bazar iqtisadiyyatı prinsiplərini nəzərdə tutur. Yəni mənfəət götürülməsini nəzərdə tutur. Ən qabaqcıl, ən zəngin, inkişaf etmiş ölkələrdə də heç vaxt yanacaq-enerji sahəsi ilə əlaqədar hansısa sırf sosial xarakter daşıyan layihələrə vəsait ayrılmır. Amma Azərbaycanda biz bunu edirik. Bəlkə də nə vaxtsa bu kəmərdən əldə ediləcək gəlir, heç vaxt ona xərclənən vəsaiti qaytarmayacaqdır. Məqsəd də bunda deyil, ondadır ki, Azərbaycanda ucqar rayonlarda, ucqar kəndlərdə, xüsusilə, Lerik rayonunda yaşayan insanlar təbii qazla təmin olunsunlar, daha da yaxşı yaşasınlar. Ekologiya qorunsun, meşələr qorunsun - bu, insanlara rahatlıq gətirən hadisədir. Ona görə bunun əhəmiyyəti çox böyükdür. Bunun həm iqtisadi, həm sosial, həm siyasi əhəmiyyəti var. Bir daha onu göstərir ki, Azərbaycan dövləti hər şeyə qadirdir. Əgər bu çox çətin relyefdə, hündür dağlardan biz bu kəməri çəkə bildiksə, deməli, hər şeyə qadirik. Sadəcə olaraq, gərək bütün işlər vaxtlı-vaxtında, proqram şəklində görülsün. Azərbaycanın vətəndaşları da bütün bu abadlıq-quruculuq işlərində fəal iştirak etməlidirlər.

Bizim sözümüzlə işimiz birdir. Nəyi deyiriksə, onu da edirik. Üç il bundan əvvəl hansı vədlər verilmişdisə, onların hamısı yerinə yetirilib və yetirilir. Bu, ölkəyə dinamizm gətirir. İnsanlarda inam hissini gücləndirir. Bu, çox önəmlidir. Xalqla iqtidar arasında birlik hər bir ölkənin inkişafı üçün əsas məsələdir. Əgər ölkə sürətlə inkişaf etməlidirsə, bu qarşılıqlı inam, bu dəstək mütləq olmalıdır. Bu da var! Bunu mən hər yerdə görürəm, rayonlara səfərlərimdə görürəm. Çünki bizim siyasətimiz real işlərdir. Bizim siyasətimiz şüar, boş-boş vədlər, reallığı əks etdirməyən bəyanatlar deyildir. Bizim siyasətimiz konkret işlərdir. Hər bir insanın qayğısına diqqət yetirmək, hər bir insanın, hər bir rayonun problemini çalışıb həll etməkdir.

Bu gün də Lerikdə mövcud olan problemlər haqqında fikirlər səsləndi. Biz onları da həll edəcəyik. Mənim rayonlara səfərlərimin məqsədi də məhz ondan ibarətdir ki, gedim, görüm vəziyyət necədir, insanlar necə yaşayırlar, onları hansı problemlər daha da ciddi narahat edir, hansı problemlər daha da tezliklə həll olunmalıdır. Mən Bakıda kabinetdə oturub, sadəcə olaraq, arayışları oxumaqla bu işlərə tam nəzarət edə bilmərəm. Ona görə bölgələrdə oluram, baxıram, soruşuram, danışıram, öz gözümlə görürəm. Görürəm ki, hər yerdə inkişaf var. Harada ki, problem var, biz onu dərhal həll edirik və bundan sonra da edəcəyik. Bizim siyasətimiz bundan sonra daha da sürətlə gedəcək, Azərbaycan hərtərəfli inkişaf edəcəkdir.

Biz hələ işlərin ilkin mərhələsindəyik. Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ təzə-təzə işə başlayıbdır. Növbəti illərdə böyük gəlir gətirəcəkdir. Milyardlarla dollar gəlir gətirəcəkdir. O pullarla, o vəsaitlə Azərbaycanın hər bir yerini gözəlləşdirmək mümkündür. Biz bunu edirik və edəcəyik. Hər bir sahə üçün proqram var, hər bir istiqamət üçün nəzərdə tutulmuş tədbirlər planı var. Məktəb, xəstəxana tikintisi, yol çəkilişi, qaz, su kəmərlərinin, işıq xətlərinin çəkilişi - bütün bunlar infrastruktur üçün gözəl şərait yaradır.

Bununla bərabər, özəl sektorun inkişafı, kəndlilərə kreditlərin verilməsi, “Aqrolizinq” xətti ilə texnikanın gətirilib kəndlilərə icarəyə verilməsi - bu da böyük dəstəkdir. Kənddə yaşayan insanlara yeni imkanlar açır. Azərbaycan əhalisinin 50 faizi kəndlərdə yaşayır. Ona görə də kənd təsərrüfatının inkişafına çox böyük diqqət göstərilməlidir və göstəririk. Dövlət büdcəsindən vəsait ayrılır, imkanımız artdıqca daha da böyük vəsait ayrılacaqdır. İndi bizdə əgər büdcə artımı olmasaydı, nə bu kəməri, nə bu yolu çəkə bilərdik, nə üç ildə 700-dən çox məktəb tikə bilərdik. Biz bunu edirik, çünki imkanımız var. İmkan da haradan yaranır? Bizim səmərəli işimizdən, Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən, eyni zamanda, maliyyə nizam-intizamının möhkəmlənməsindən. Bütün bunlar kompleks şəkildə öz həllini tapmalıdır. Ona görə bazar iqtisadiyyatı prinsiplərinə sadiqlik davam edəcək, sosial sahəyə diqqət daha da böyük olacaq, maaşlar, pensiyalar mütəmadi qaydada qaldırılacaq, kreditlərin verilməsi davam etdiriləcək, abadlıq işləri gedəcək, infrastruktur yeniləşəcək və beləliklə, ölkəmiz zənginləşəcəkdir. Yol olmasa, qaz olmasa, işıq olmasa, heç bir müəssisə fəaliyyət göstərə bilməz. Bu, aksiomdur, hər bir ölkədə belədir.

Lerik rayonunun çox gözəl imkanları var, çox gözəl təbiətə malik məkandır. Bundan səmərəli istifadə etməliyik. Turizmin inkişafına böyük diqqət göstərilməlidir. Yol olmayanda turizm inkişaf edə bilməz.

Bir daha demək istəyirəm ki, bu məsələlər hamısı bir-birinə bağlıdır. Bunun təməlində, məsələlərin həlli üçün gərək möhkəm iradə olsun, proqram olsun, xalqla iqtidar arasında birlik olsun. Bunların da hamısı var. Azərbaycanın bugünkü reallıqları bunu sübut edir. Bu gün Lerikə çəkilən qaz kəmərinin istifadəyə verilməsi bir daha bizim gücümüzü göstərir. Mən çox şadam, çox sevinirəm ki, Lerik rayonunun əhalisini narahat edən çox ciddi problemlər qısa müddət ərzində öz həllini tapıbdır. Keçən il biz burada yolun açılışını qeyd edirdik, bu gün qaz verilməsini qeyd edirik, əminəm ki, sonrakı illərdə də çoxlu bayramlarımız olacaqdır. Çünki bizim işimiz elə sürətlə gedir ki, demək olar, hər il belə bayramlar olacaq, biz də bunları bərabər qeyd edəcəyik.

Mən əziz dostlar, bu gözəl gündə, hər bir azərbaycanlı üçün, hər bir müsəlman üçün müqəddəs olan bayram günündə sizi bir daha ürəkdən salamlayıram. Sizə öz hörmətimi, məhəbbətimi ifadə edirəm və əmin olduğumu bildirirəm ki, leriklilər, həmişə olduğu kimi, bundan sonra da Azərbaycanın müstəqilliyinə öz töhfələrini verəcək, doğma ölkəmizin inkişafı üçün öz səylərini əsirgəməyəcəklər. Hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram, bayramınız mübarək olsun!

Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir