Azərbaycan Dövlət İnformasiya Agentliyi

LERİKDƏ ÖTƏN İLİN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR

Lerik, 12 fevral (AZƏRTAC). Lerik Rayon Mədəniyyət Evində 2009-cu ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.

Onlar mədəniyyət evinin foyesində rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olmuş, 2009-cu ildə rayonun sosial-iqtisadi inkişafını əks etdirən “Dağların qoynunda yüksələn şəhər” sənədli filminə tamaşa etmişlər.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirmişdir ki, ölkəmizdə həyatın bütün sahələrində qazanılan uğurlar, sosial-iqtisadi sahənin dinamik inkişafı Lerikdə də işgüzar mühit yaratmışdır.

Ötən il rayonda ümumi məhsul istehsalı 2008-ci illə müqayisədə 3,2 faiz artmışdır. Bu artım nəqliyyatda 27 faiz, pərakəndə əmtəə dövriyyəsində 4,2 faiz, pullu xidmətlərdə 17,2, tikintidə 2,2 faiz olmuşdur. Əhalinin orta aylıq əmək haqqısı 9,6 faiz artaraq 229 manat, adambaşına düşən gəlirlər 5,6 faiz artaraq 778 manat təşkil etmişdir. Rayonda 512 yeni iş yeri açılmışdır ki, onlardan da 176-sı daimidir.

Hesabat ilində kənd təsərrüfatı sahəsində də artım müşahidə edilmişdir. Hər hektar buğda əkininə görə fermerlərə verilən 80 manat vəsait rayonda taxılçılığın inkişafına müsbət təsir göstərmişdir. Əgər 2008-ci ildə rayonun fermerləri cəmi 1,9 min hektarda buğda əkmişdilərsə, 2009-cu ildə əkin sahələri genişləndirilərək 2,8 min hektara çatdırılmışdır. Yazlıq əkin isə keçən ilə nisbətən 81 hektar artırılaraq 1126 hektar olmuşdur.

Qeyd olunmuşdur ki, hesabat ilində rayonda sosial məsələlərin həllinə də diqqət artırılmış, bir sıra yeni obyektlər istifadəyə verilmişdir.

Rayon mədəniyyət evi, incəsənət məktəbi əsaslı təmir edilmiş, Çayrud kəndində 200 şagird yerlik orta, Hovil kəndində 120 yerlik əsas məktəb binaları inşa edilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq rayonda istirahət, turizm-əyləncə mərkəzləri, kərpic və çınqıl zavodu, süfrə suları istehsal edən sexlər istifadəyə verilmişdir.

Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərə rayonda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 710 min manat kredit verilmişdir.

Lerik-Lənkəran yolunun 37-ci kilometrliyində turizm obyektinin, Qosmalyan kəndində “Relax” turizm-istirahət mərkəzinin yeni istirahət yerlərinin, Bilnə kəndində “Səfa” turizm-istirahət mərkəzinin tikintisi davam etdirilir.

Lənkəran-Lerik yolunun Piran kəndindən keçən hissəsində müasir standartlara cavab verən iaşə və ticarət obyektləri inşa olunur.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 16 mənzilli yaşayış evinin tikintisində son tamamlanma işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ambu kəndində Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikilmişdir.

Hesabat ilində şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsi ucaldılmış, Heydər Əliyev mərkəzi üçün milli ornamentlərlə zəngin, müasir arxitektura üslubunda əzəmətli bina inşa edilmişdir.

Şəhərdə inşa edilmiş Azərbaycan Respublikasının Dövlət bayrağı meydanında tikinti işləri başa çatdırılmışdır. 35 metrlik qüllə üzərində Dövlət bayrağı ucaldılmış, “Uzunömürlülər muzeyi”nin yeni binası inşa edilmiş, rayon icra hakimiyyəti üçün tikilən üçmərtəbəli binada, habelə baytarlıq idarəsinin ikimərtəbəli inzibati binasında son tamamlanma işləri aparılır.

Tarix-diyarşünaslıq muzeyinin qarşısında böyük fəvvarə kompleksi, Cəngəmiran kəndində 35 yerlik uşaq bağçası tikilmiş, rayon prokurorluğunun binasında əsaslı təmir işləri aparılmış, rayon polis idarəsi üçün yardımçı binalar inşa edilmiş, Kələxan kəndində seysmoloji stansiya yaradılmışdır.

Şəhərdə 7 kommunal evin, rayon icra hakimiyyəti və rayon prokurorluğunun inzibati binalarının dam örtükləri dəyişdirilmişdir. Şəhərin küçə və meydanlarının işıqlandırma sistemləri bərpa edilmiş, küçələrdə istinad divarları milli ornamentlərə uyğun yenidən tikilmiş, şəhərin bütün əsas küçələrinə asfalt döşənmişdir. N.Nərimanovun abidəsi yenidən qurulmuş, buradakı bağ yenidən bərpa edilərək müasir üslubda oturacaqlar, işıqlandırma sistemi ilə təchiz edilmiş, əraziyə 150 kvadratmetr üzlük daş döşənmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına mərkəzi rayon xəstəxanasında əsaslı təmir işləri aparılmış, bu səhiyyə ocağı bərk və yumşaq mebellə təmin edilmişdir. Piran və Blaband kəndlərində dövlət vəsaiti hesabına tikilmiş həkim məntəqələri istifadəyə verilmişdir.

Hesabat dövründə rayon sakinləri tərəfindən Lənkəran-Lerik magistral yolu boyunca və digər yol kənarlarında 5048 ədəd müxtəlif növ ağac əkilmişdir.

Çıxış edənlər 2009-cu ildə görülən işlərdən söhbət açmış, mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini bildirmiş, cari ildə qarşıda duran vəzifələrdən danışmışlar.

Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Mikayıl Hüseynov və Milli Məclisin deputatı Miri Qənbərov iştirak etmişlər.

Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir