Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Leyla Əliyeva: “Mən istəyirəm ki, gənclər öz soy-kökünü unutmasınlar”

 

Bakı, 31 mart (AZƏRTAC). “Naşa molodyoj” ümumrusiya gənclər jurnalının mart nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müsahibəsi dərc edilmişdir. Rusiyada çox populyar olan bu jurnalın üz qabığında Leyla xanım Əliyevanın fotoşəkli verilmişdir. Onun fotoşəkli jurnalın içərisində də dərc olunmuşdur. AZƏRTAC həmin müsahibəni təqdim edir.

Bu gün RAGT (Rusiya Azərbaycanlı Gənclər Təşkilatı) Azərbaycan gənclərinin ölkə hüdudlarından kənarda ən fəal və üzvlərinin sayı ən çox olan hərəkatıdır. Bu uğurun sirri nədir? RAGT sədri Leyla Əliyeva bizə bu barədə danışdı. L.Əliyeva - şəxsi həyat ilə ictimai həyatı uzlaşdırmağın və bundan yalnız səmərə əldə etməyin ideal nümunəsidir. Leyla xanım demişdir:

-Real işlər, gerçəkləşdirilmiş ideyalar, əldə edilmiş məqsədlər əminliklə söyləməyə imkan verir ki, RAGT uğurlu birlikdir. Keçən il ərzində təşkilatın iştirakçılarının sayı bir neçə dəfə artmışdır. Bölmələrimizin sayı altmışı keçmişdir, regional şöbələr fəallıq baxımından mərkəzdən heç də geri qalmır. Son bir ildə biz təkcə Moskvada və Bakıda deyil, həm də Sankt-Peterburq, Tver, İvanovo, Smolensk, Murmansk və Yekaterinburqda çoxsaylı tədbirlər, görüşlər, aksiyalar keçirmişik. RAGT Azərbaycan gənclərini sıx birləşdirir, onların cəmiyyətdə layiqli yer tutmasına, hətta Azərbaycanın hüdudlarından kənarda da onun üçün faydalı olmasına kömək edir. Gənc azərbaycanlıların yaşadığı, təhsil aldığı, işlədiyi çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiya etməsinə kömək RAGT-nin fəaliyyətinin prioritet istiqamətinə çevrilmişdir. Gənclər təşkilatı ehtiyacı olan hər kəsə, xüsusən uşaqlara və xəstələrə kömək edir. RAGT görüşlər təşkil etməyin, ideyaları və praktiki sahibkarlığı birləşdirməyin tərəfdarıdır, gənc azərbaycanlıların həm Rusiyada, həm də Azərbaycanda məşğulluq səviyyəsini daha da artırmaq üçün şərait yaratmağa çalışır. Təşkilatın vəzifəsi gənclərdə həyata müsbət baxış və düzgün seçim etmək bacarığı formalaşdırmaqdır.

Təşkilatın yaradılması ideyası gözlənilmədən və qəfildən meydana gəlməmişdir. Mən Moskvanın, Sankt-Peterburqun, digər Rusiya şəhərlərinin müxtəlif ali məktəblərində təhsil alan tələbələrimizlə tez-tez görüşürdüm. Onların amalları və problemləri, arzu və istəkləri mənə məlum idi. Bu cür görüşlər zamanı gənclər daha çox və daha sıx ünsiyyət saxlamaq arzusunda olduqlarını bildirirdilər, bu gənclərin hamısını birləşdirəcək, bizim əlaqələrimizin özəyi və stimulu olacaq, mühüm sosial layihələrdə fəal iştirak etməyə imkan verəcək daimi bir təşkilatın yaradılması barədə təkliflər getdikcə daha tez-tez səslənirdi. Biz, gənclər fəal insanlarıq. İstəyirik ki, yaşıdlarımız arasında bizə tələbat, ehtiyac olduğunu dərk etməklə yanaşı, həm də özümüzü cəmiyyətə, ölkəyə, dünyaya faydalı insanlar kimi hiss edək. Bu sözlər bir qədər gurultulu və pafoslu səslənsə də, təşkilatın yaradılması ideyası bu cür əmələ gəlmişdir.

Əvvəlcə Azərbaycandan olan moskvalı tələbələrin klubları yaradıldı. Moskvada azərbaycanlı gənclərdən ibarət ilk tələbə klubu iki il bundan əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) ərsəyə gəldi. Sonra Rusiya paytaxtındakı digər ali məktəblərdə - MDU-da və Rusiya Xalqlar Dostluğu Universitetində, Diplomatik, Tibb və Vergi akademiyalarında, bizim ölkədən olan tələbələrin təhsil aldığı digər ali məktəblərdə də belə klublar yaranmağa başladı. Əvvəlcə bu proses təkcə Moskvada gedirdi, lakin zaman keçdikcə Rusiyanın müxtəlif şəhərlərində bu cür klublar yaranırdı. Gələcək ümumrusiya təşkilatının cizgiləri artıq hiss edilirdi. Eyni zamanda gələcək RAGT-nin fəaliyyət proqramı da hazırlanır, dəqiqləşdirilirdi. Lakin artıq dediyim kimi əsas məqsəd aydın idi və bu məqsəd lap əvvəldən müəyyən edilmişdi.

Biz fəaliyyətə başlayanda lap əvvəldən öz işimizi elə qurmağa çalışırdıq ki, o, mümkün qədər çoxlu və müxtəlif sahələri və istiqamətləri əhatə etsin. Mədəniyyətlərarası dialoqun tənzimlənməsi, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ edilməsi, müasir Azərbaycan reallıqlarının Rusiya cəmiyyətinə çatdırılması, humanitar və sosial, həmçinin elm və təhsil sahələri bizim işimizin prioritet istiqamətləridir. Bir də, əlbəttə, Rusiya Federasiyasında yaşayan və təhsil alan vətəndaşlarımıza, bizim tələbələrə və gənclərə qayğı göstərmək.

Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyanı çox vacib sayıram. Keçən il bu kampaniya çərçivəsində 1992-ci ilin fevral hadisələri haqqında məlumatı bütün qitələrin sakinlərinə çatdırmaq üçün 70-dən çox aksiya keçirilmişdir. Məqsədimiz Azərbaycanın bu yerlə-yeksan edilmiş Xocalı şəhəri haqqında həqiqəti bütün dünyaya bildirməkdir. Xocalı - Azərbaycanın ağrılı yeridir və RAGT bu barədə sadəcə olaraq susa bilməzdi. Biz istəyirik ki, dünya birliyi bu faciədən, eləcə də Ermənistan-Azərbaycan münaqişəsindən xəbərdar olsun. Biz bu istiqamətdə işimizi gələcəkdə də, münaqişə ədalətlə həll edilənə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər davam etdirəcəyik.

Mənim fikrimcə, mədəniyyət, hər bir dialoqun universal açarıdır. Biz Moskvada və Rusiyanın digər şəhərlərində Azərbaycan mədəniyyəti günləri və həftələri keçirmişik. Musiqi gecələri, fotosərgilər, kinolara baxışlar təşkil etmişik və bu istiqamətdə işimizi davam etdirəcək, Azərbaycanın zəngin mədəniyyətini layiqincə təmsil edəcəyik. Azərbaycan mədəniyyəti haqqında danışmaqla qurtarmaz. Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı 2003-cü ildən YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi elan edilmişdir. Muğam müəyyən mənada bizim genetik kodumuzdur. Qarabağdan olan muğam ifaçılarının yaradıcılığı simfonik muğam, muğam operası, caz-muğam kimi yeni bənzərsiz musiqi janrlarının yaranmasına kömək etmişdir. Azərbaycan bəstəkarları Qara Qarayevin, Arif Məlikovun, Fikrət Əmirovun baletləri dünyanın aparıcı teatrlarının səhnələrində tamaşaya qoyulur. Həm estrada mahnılarını, həm də klassik operalardan partiyaları bənzərsiz ifa edən Müslüm Maqomayevin ecazkar səsi hələ də dinləyiciləri valeh edir. Dünyanın 20-dən çox rəssamlıq akademiyası fəxr edir ki, görkəmli Azərbaycan rəngkarı Tahir Salahov həmin akademiyaların üzvləri sırasındadır. Müxtəlif dövrlərdə Bakı, Qarabağ, Şamaxı xalça ustaları tərəfindən toxunmuş Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərində saxlanılır. Azərbaycanın dünya mədəniyyət xəzinəsinə töhfəsi çox böyükdür və bizim fəxr etməyə haqqımız vardır.

Təşkilatımız humanitar və sosial sahələrdə də çox iş görmüş, ehtiyacı olanların hamısına konkret yardım edilmiş, o cümlədən uşaq evlərində və xəstəxanalarda olan balacalara böyük qayğı göstərilmişdir. Xəstə uşaqlar üçün qanvermə üzrə dərin rəmzi məna daşıyan “Qanın milləti yoxdur” layihəsini xüsusi qeyd etmək istəyirəm. Bu, onu göstərir ki, Azərbaycan və Rusiya gənclərinin həyati dəyərləri eynidir. RAGT-nin təşəbbüsü ilə tütünün və alkoqolun insan orqanizminə təsiri haqqında reklam-maarifçilik kampaniyası keçirilmişdir. “Yəqin et ki, sən sağlamsan” və “Xəstəliyə yox de” proqramları çərçivəsində Azərbaycandan olan yüzlərlə insan Moskvada pulsuz müayinə olunmuşdur. Biz öz humanitar fəaliyyətimizi gələcəkdə daha da genişləndirməyi, onu daha dolğun etməyi planlaşdırırıq.

Biz idmanda parlaq nəticələr əldə etmişik. 2009-cu ildən Moskvada Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət 16 komandanın iştirakı ilə daimi çempionat keçirilir. Çox şadam ki, regionlar bu ideyanı dəstəkləmişlər. Builki çempionatda 24 komanda iştirak etmişdir. Bu, gənclərimizin idmana böyük marağını nümayiş etdirir. Bu yaxınlarda RAGT-nin rəsmi saytı yenilənmişdir, indi bizim gənclər bir-biri ilə ünsiyyət saxlamaq, maraqlı məlumatları müzakirə etmək, müsabiqələrdə iştirak etmək imkanına malikdir. Qeyd etmək istəyirəm ki, bizim özümüzün mətbu orqanımız - RAGT-nin yeni jurnalı yaradılmışdır. Biz müxtəlif istiqamətlərdə fəaliyyətimizi genişləndiririk.

Mən istəyirəm ki, Rusiyadakı Azərbaycan gəncləri öz soy-kökünü unutmasınlar, öz doğma diyarını sevsinlər və Vətənə faydalı olmağa çalışsınlar. İstəyirəm ki, gənclər Azərbaycan mədəniyyətini irəli aparsın və populyarlaşdırsın. İnanın ki, bizim fəxr etməyə, dünyaya göstərməyə layiq dəyərlərimiz çoxdur. RAGT bizim Rusiyadakı həmvətənlərimizə burada özlərini tənha hiss etməməkdə kömək edəcək, onların çoxmillətli Rusiya cəmiyyətinə inteqrasiyasına yardım edəcəkdir. Əminəm ki, burada böyük problem yaranmamalıdır. Nə üçün buna əmin olduğumu izah edim: Azərbaycanı sovet dövründə də SSRİ-də ən beynəlmiləlçi respublika adlandırırdılar. Burada müxtəlif millətlərin və xalqların nümayəndələri dinc və mehriban yaşayırdı. Onlardan heç biri özünü yad hiss etmirdi. Belə vəziyyət yalnız bu torpağın yerli xalqı olan azərbaycanlılara xas təbii tolerantlıq sayəsində mümkün idi. Buna görə də əminəm ki, öz qonşularının mədəniyyətinə və adətlərinə hörmət ənənələri əsasında tərbiyə olunmuş Azərbaycan gəncləri Rusiyada öz yerini asanlıqla tapa biləcəkdir.

Əminəm ki, RAGT Azərbaycan gənclərini sıx birləşdirəcək, onların cəmiyyətdə layiqli yer tutmasına, hətta Azərbaycanın hüdudlarından kənarda da ona faydalı olmasına kömək edəcəkdir. Lakin qeyd etmək istəyirəm ki, mən bizim mədəniyyətin Rusiyada yayılmasına kömək etməyə hazır olan, RAGT-yə daxil olmayan başqa təşkilatlara da hörmətlə yanaşıram. Onların seçiminə hörmət edirəm və onlarla əməkdaşlıq etməyə, onları dəstəkləməyə hazıram.

Bu gün biz öz vətənimizi Rusiyada təmsil edirik. Bizim ölkələrimizi bağlayan cəhətlər çoxdur - tarixi və mədəni köklər, ortaq keçmişimiz. Azərbaycanda zəngin rus mədəniyyətinə, böyük rus dilinə qayğı ilə yanaşırlar. Qeyd etmək lazımdır ki, müstəqillik dövründə Azərbaycanda heç bir rus məktəbi bağlanmamışdır, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir, başlıcası isə bizim insanlar arasında, xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. Biz burada özümüzü rahat hiss etməyimizə və dünyada ən yaxşı təhsillərdən birini almağımıza görə Rusiyaya minnətdarıq.

Biz, Azərbaycanın gənc nəsli dünyaya geniş nəzərlərlə baxmaq və həmişə öz Vətənimizi yadda saxlamaq, köklərimizi və ənənələrimizi sevmək və qorumaq istəyirik, biz eşitmək və eşidilmək istəyirik. RAGT-də milliyyətindən, yaşından, dini əqidəsindən və digər fərqli cəhətlərdən asılı olmayaraq, hər kəs üçün yer vardır. Qarşıda hələ görülməli işimiz çoxdur, bizim ümumi uğurumuz bu işlərin gerçəkləşməsindən asılıdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda traktorla minik avtomobili toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu