Lissabonun hər üç məktəbindən biri uşaqlar üçün təhlükəlidir
Lissabon, 18 iyul, AZƏRTAC
Portuqaliya paytaxtında yerləşən məktəb və uşaq bağçalarının hər üçündən birinin təhlükəsizlik səviyyəsi “pis” səciyyələndirilir.
AZƏRTAC xəbər verir ki, “Publico” nəşri ölkənin Milli İnşaat Laboratoriyasının (LNEC) iyun tədqiqatının nəticələrinə istinadən bu barədə bildirir. Tədqiqat Lissabon administrasiyasının sifarişi ilə aparılıb.
Şəhər bələdiyyəsi uşaq müəssisələrinin vəziyyəti barədə hesabat hazırlamağı xahiş edib.
Dəyərləndirilmə idman avadanlığının, uşaq meydançalarının və müəssisə binalarının vəziyyəti kimi amillərə əsaslanıb. Texniki mütəxəssislər 55 məktəbdən “təcili müdaxilə”yə ehtiyacı olan 17 məktəbi göstəriblər. Alkantardakı məktəblərdən birini vəziyyəti “binanın deformasiyası” və damının su buraxması səbəbindən “çox pis” hesab edilib.
Əsas narazılıq yanğına qarşı siqnalizasiya sisteminin söndürülməsi və ya işlək vəziyyətdə olmaması ilə, həmçinin pəncərə çərçivələrinin və qapıların nasazlığı ilə bağlı olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]