LİVAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏFİQ HƏRİRİYƏ
Livan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Livan xalqını şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafı xalqlarımızın rifahına istiqamətlənən əməkdaşlıq imkanlarımızı daha da artıracaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 noyabr 2003-cü il.