LİVAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMİL LAHUDA
Livan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda dost Livan xalqını şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Livan Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Livan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 noyabr 2003-cü il.