İDMAN
“Liverpul”un futbolçusu iki həftə yaşıl meydanlardan uzaq qalacaq
Bakı, 11 noyabr, AZƏRTAC
İngiltərənin "Liverpul" komandasının futbolçusu Trent Aleksander-Arnold sıradan çıxıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Premyer Liqanın XI turunda “Aston Villa” ilə keçirilmiş oyunda (2:0) zədələnib. Diz nahiyəsindən xəsarət alan oyunçu təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
İngiltərə millisinin üzvü dekabrın 1-də “Mançester Siti” ilə keçiriləcək oyuna kimi hazır olacaq.