“LOĞMAN” TƏSƏRRÜFAT HESABLI TİBB MƏKTƏBİNİN DÖVLƏT QEYDİYYATI LƏĞV OLUNMUŞDUR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Loğman” Səhmdar Cəmiyyətinin təsərrüfat hesablı tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Bu vaxtadək onun fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir.
Fəaliyyəti dövründə (1996-2007-ci illər) “Loğman” təsərrüfat hesablı tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir.
2006-cı ildə Təhsil Nazirliyinin vəsatəti əsasında Nazirlər Kabineti tərəfindən “Loğman” təsərrüfat hesablı tibb məktəbinə tələbə qəbulu dayandırılmışdır. Lakin 2007-ci ildə yeni dərs ilinin əvvəlində Təhsil Nazirliyinə “Loğman” təsərrüfat hesablı tibb məktəbinə qanunsuz tələbə qəbulunun davam etdirildiyi barədə məlumat daxil olmuşdur. Bu barədə Respublika Prokurorluğuna məktub göndərilmiş və məktəbin dövlət qeydiyyatının ləğvi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Nəticədə Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 221 nömrəli qərarı ilə “Loğman” təsərrüfat hesablı tibb məktəbinin dövlət qeydiyyatı ləğv olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]
Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir
- 28.05.2026 [20:04]