Lökbatandakı 233 nömrəli orta məktəbdə Beynəlxalq Uşaq Kitabı Günü qeyd olunub
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbdə “Ucalığa aparan yol kitabdan başlanır” mövzusunda tədbir keçirib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə təşkil olunan ədəbi-bədii tədbirdə bu qurumun Qaradağ rayonu üzrə nümayəndəsi Samirə Musayeva kitabın əhəmiyyətindən, mütaliənin uşaqların inkişafındakı rolundan danışıb.
Bilik Fondunun informasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı əvvəlcə Aprel döyüşlərinin ikinci ildönümü və Kəlbəcər rayonunun erməni qəsbkarları tərəfindən işğalı ilə bağlı məlumat verib.
Sonra R.Qurbanlının “Ədəb ədəbiyyatdan başlanır” mövzusunda mühazirəsi dinlənilib.
Sonda mühazirə ətrafında müzakirələr aparılıb, məktəblilərə 50 adda uşaq ədəbiyyatı paylanıb.