Azərbaycan Dövlət İnformasiya Agentliyi

“London” monotamaşası Teatr O2 məkanında qeyri-adi premyeradır

“London” monotamaşası Teatr O2 məkanında qeyri-adi premyeradır

Bakı, 5 sentyabr, Anarə Axundova, AZƏRTAC

Keçən ay Teatr O2 məkanında Belarus dramaturqu Maksim Doskonun pyesi əsasında səhnələşdirilmiş “London” tamaşasının premyerası olub. Tamaşanın rejissoru İskra Tarrantdır. Yeganə və baş rolu aktyor Yevgeni Maksimov oynayıb, dekorasiyaların müəllifi rəssam Çingiz Babayevdir (CHİNGİZ).

Teatr O2 Bakıda yenidir və bu yaxınlarda - cari ilin aprelində açılıb, həmçinin digər teatrlardan fərqli olaraq, yay mövsümündə bağlanmayıb.

Tamaşa tamaşaçıların qəlbinə xitab edib və onları bu əsərin dərinliklərində gizlənən məsələlər barədə düşündürür. Onlar premyeradan sonra yazırlar: “İlk baxışda süjet adama sadə gəlir. Adi işçi, santexnik Qena Belarus əyalətindəndir və o, ustaların beynəlxalq müsabiqəsində seçmə yarışlardan keçərək Londona yollanır. Lakin tamaşanın təməlində vətənə sevgi tarixçəsi yatır. Hətta ola bilər ki, bütün Yer kürəsinə. Tamaşada rekvizitlə yanaşı, səs effektləri, Maksim Doskonun özünün fotoşəkillərinin proyeksiyası, hətta subtitrlərdən istifadə olunur. Bütün bunlar səhnəni çox orijinal və parlaq edir. Bundan başqa, tamaşada zala toplaşanlar da qismən iştirak edirlər ki, bu da Teatr O2 üçün xarakterikdir”.

İskra Tarrant tamaşa üzərində iş prosesi və onun uğuru ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb:

“Tamaşaçı bu tamaşanı bəyəndi. Bizim iki premyera tamaşamız oldu və onların başa çatmasından sonra insanlar uzun müddət teatrı tərk etmir, qaldırılan məsələləri və tamaşanın özünü müzakirə etmək istəyirdilər. Bu, mənim üçün böyük sevincdir, çünki, əlbəttə, hazırlıq prosesində bu hekayənin Bakı tamaşaçısına nə dərəcədə maraqlı olacağı məni həyəcanlandırırdı... Biz Belarusda deyilik, düşünürdük ki, belaruslu santexnikin başına gələnlər Azərbaycanda maraq doğuracaqmı? Bu pyes ən başından məni maraqlandırmışdı. Bəlkə də ona görə ki, burada söhbət insanın öz müqəddəratını təyin etməsi və şəxsi kimliyini axtarmasından gedir. Milli identiklik də buraya aiddir. Son bir neçə ildə vətənin nə olduğu və onun üçün darıxmağın mənası məni çox maraqlandırır. Dünyanın müxtəlifliyini necə qəbul etməli? Axı mən özüm kiməm? Və bu pyes sualların bir neçəsinə cavab tapmağa imkan verdi. Əlbəttə, cavab olmayanda da müəyyən məsələlərə anlayışla yanaşırsan. Mənə elə gəlir ki, bu hadisə universaldır və harada yaşamağından asılı olmayaraq, hər bir insana yaxın və anlaşılandır”.

Əvvəlcə “London” pyesi “Oksigen. Aktual pyeslərin qiraəti” layihəsi çərçivəsində material kimi seçilmişdi, lakin sonradan tamaşaya çevrildi.

Agentliyin müsahibi deyir: “Hər cümə axşamı bizdə Teatr O2 məkanında qiraətlər keçirilir. Mən dramaturq Maksim Doskonun pyeslərini sevirəm və “London” əsərini əvvəlcə qiraət materialı kimi seçdim. Sonra bu pyesin səhnəyə qoyulması haqqında düşünməyə başladım və birdən anladım ki, mən bu tamaşanı səhnələşdirəcəyəm. Bəxtim gətirdi ki, Jenya Maksimov kimi istedadlı aktyor bu tamaşada oynamağa razı oldu. Biz tamaşanı bir neçə həftə ərzində ərsəyə gətirdik. Fasiləsiz işləyirdik, hər gün bir neçə saat çalışırdıq. Aydın oldu ki, Jenyanın istedadı ilə yanaşı, heyranedici iş qabiliyyəti və sonsuz təmkini də var. Monotamaşa həm rejissor, həm də aktyor üçün çox mürəkkəb janrdır. Yevgeni Maksimov gözəl aktyordur! Əlbəttə, ilk növbədə, o, bu tamaşanı ərsəyə gətirir”.

Tamaşanın rəssamının qarşısında da mürəkkəb vəzifə dururdu. O, özü zaldan təyyarə düzəltməli idi.

İskra Tarrat deyir: “Bu konstruksiya çox yüngül və açılıb-yığılan olmalıdır. Teatr O2 məkanı çox balacadır, cəmi iki kiçik otaqdan ibarətdir. Orada səhnə və dekorasiyaları saxlamaq üçün çoxlu yer yoxdur. Ona görə də konstruksiya elə olmalıdır ki, onu yerinə tez qoymaq və cəld götürmək mümkün olsun. Axı bu zalda növbəti gün artıq başqa tamaşa oynanıla bilər. Biz düşünüb tapdıq ki, bu, karton təyyarə olacaq. Bu təyyarəni biz özümüz düzəltmişik... Axı biz özümüz üçün “təyyarələr düzəldir”, xəyalən dövlətlərin sərhədlərini düşünüb tapırıq... Özümüzdən sərhəd qoyaraq düşünürük ki, biz, ilk növbədə, sadəcə insanıq və bir torpaqda yaşayırıq - bu, bizim hamımızın ümumi planetidir. Bundan başqa, CHİNGİZ rekvizitlə bağlı bizə məsləhət verdi və onu tapmaqda kömək etdi. Əsərin baş qəhrəmanı peşə etibarilə santexnikdir, mən isə, əlbəttə, santexnikadan çox şey anlamıram (gülür). CHİNGİZ isə hər şeyi bilirdi və məsələn, Qenanın təmir etdiyi su kəmərini hansı materialdan və necə düzəltməyi düşünüb tapırdı. O, bir kisə saman tapdı, və sairə”.

Tamaşanın quruluşunda digər peşəkarlar da iştirak edib.

Rejissor qeyd edir: “Emil Hüseynov bizə işıqla bağlı kömək etdi və təyyarədə olduğu kimi işıq sistemi quraşdırdı. Bundan başqa, əlbəttə, “Artbəndə”dən rejissorlar və aktyorlar Leonid Klets, Konstantin Soldatov, İrina Yakubenko bizə məsləhətlər verir və kömək edirdilər. Belaruslu kinorejissor Andrey Qrinko Qenanın personajına trasyanka dialektində (Belarus və rus elementlərinin bir-birini əvəz etdiyi qarışıq nitq) düzgün danışmaqda kömək etdi. Bulat Sabitov premyera zamanı çox gözəl fotoşəkillər çəkdi. Mən onların hamısına minnətdaram!”

Premyera uğurla keçdi. Tamaşaya baxmaq istəyənlər teatra gələ bilərlər.

Müsahibimiz əlavə edir: “Ümidvaram ki, bu tamaşa uzun müddət teatrın repertuarında qalacaq. Ona da ümid edirəm ki, tamaşa dünya nizamı ilə bağlı suallara cavab tapmaqda və öz daxili aləminə nəzər salmaqda tamaşaçılara kömək edəcək”.

Baş qəhrəmanı təsvir edən İskra Tarran deyir ki, Qena tipik “sadə kiçik insandır”, amma əslində, o, Kainatın özü kimi böyükdür.

Yevgeni Maksimov öz rolu və tamaşa üzərində iş prosesi ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşür. O, teatr və kino aktyorudur. Danışıq janrının artisti, qiraətçi, bədii söz ustasıdır. Əlbəttə, Yevgeninin əsas vəzifəsi monotamaşanın formatının öhdəsindən gəlmək idi.

Aktyor qeyd edir: “Səhnədə “monorejimdə” oynamaq prinsip etibarilə aktyor bacarıqlarından biridir. Yəni, müəyyən sayda təkrarlardan sonra səhnə fəaliyyətinin rahat olduğu məqam yetişir. Elə alınıb ki, mən 10 ildən çox müddətdə “Moskonsert”in ədəbi-dramatik şöbəsində çalışmışam, orada isə tamaşaçı ilə təkbətək qalmaq adi haldır. Ona görə də deyə bilərəm ki, hansısa ciddi problemlər (məhz monotamaşa formatından ötrü) olmadı, mən belə formata alışmışam. Çətinliklərə gəldikdə... Pyesdə maraqlı üslub var: baş qəhrəman özü haqqında üçüncü şəxs qismində danışır. “Qena oyanır...”, “Qena avtobusda gedir...” və sairə. Bu, müəyyən kənarlaşdırma yaradır və üslub çox yaxşı işləyir. Məsələn, sanki pyesi oxuyursan. Lakin bir aktyor kimi mənim belə mətni söyləməyim onu “mənimsəməyim” deməkdir. Bu isə, yumşaq desək, çox da rahat deyil. Və yaxud belə gülməli xüsusiyyət də var. Tamaşaçı üçün süjet öz-özlüyündə çox mühümdür. Nə baş verdi? Sonra nə baş verdi? Bundan əvvəl nə olmuşdu? Mən isə artıq bu ssenarini dərinliyinə qədər bilirəm! Ola bilər ki, bir aktyor kimi mənə ayrı-ayrı parçalarda dərinliyə getmək maraqlıdır. Mən bununla hansısa canlı məqamı “tutmaq” istəyirəm. Əlbəttə, burada ciddi təhlükə də var: sadəcə olaraq hekayəni “itirmək”, onu mənim üçün rahat olan üslubda “əritmək” olar. Ona görə də hekayənin bütün xətti boyu, hətta öz istəklərinə zidd olsa belə, dəqiq sərhəd müəyyən etmək çox mühümdür. Bu, belə səhnə forması üçün kifayət qədər tipik problemdir”.

Yevgeninin qarşısında duran digər vəzifə belaruslu santexniki oynamaq idi. O, bunu üçün müəyyən üsullardan istifadə edir. Aktyor əlavə edir: “Mənim dostlarım arasında belaruslu çoxdur. Təbii ki, mən onları xatırlayırdım, müəyyən etmək istəyirdim ki, bütün bu insanları birləşdirən ortaq cəhət nədir? Sonra anladım ki, hər hansı konkret cəhəti müəyyən etmək çox çətindir. Əlbəttə, yutuba da təsadüfi Belarus blogerlərinə, sadəcə gülməli videoçarxlara baxırdım. Nitq manerasına fikir verirdim, lakin heç bir fanatizm olmadan. Yeri gəlmişkən, bizdə “qaralama” nümayişinə bir tanışımız - Andrey Qrinko gəldi. O, demək olar ki, “ikili bir şəxsdir” - həm Belarus, həm də rejissordur. Bir neçə sözün və səslərin tələffüz edilməsi üzrə mənə məsləhətlər verdi. İzah etdi ki, Belarus dili ilə “trasyanka” arasında fərq nədədir? Belə bir epizod var; pyesin həyəcanlanan qəhrəmanı məhz “trasyanka” dialektində danışır. Qısası, demək olar ki, dil məsələsi üzrə bizim əsl məsləhətçimiz var idi və o, əlbəttə, bizə çox kömək etdi. Digər tərəfdən qəhrəmanın milliyyəti burada həlledici əhəmiyyətə malik deyil. O, belaruslu olmaya da bilərdi. İndi mənə elə gəlir ki, qəhrəmanın hissləri, onun narahatlıqları milli xüsusiyyət daşımır. Mən tamaşanı tez-tez oynadıqca, bunu daha aydın başa düşürəm”.

Rus aktyoru kimi, Yevgeni Bakı tamaşaçısı ilə qarşılıqlı ünsiyyətdə özünü rahat hiss edir. “Bakı mənim üçün yad şəhər deyil. Uşaqlıqda mən burada çox olmuşam, yayda tətilə gəlirdim. Müvafiq olaraq, mənə tamaşaçını bakılı, deyək ki, rusiyalı və ya moskvalıya bölmək çətindir. Bundan başqa, səhnədə olduğum zaman həmin məqamda mən tamaşaçı ilə birbaşa ünsiyyətin fərqini o qədər də hiss etmirəm. Onların məni başa düşməsi çox yaxşıdır, nəyə görəsə mən buna şübhə etmirəm. Yeri gəlmişkən, həm də məhz Bakıda mənə tez-tez deyirlər ki, sən hansısa artistə bənzəyirsən, amma kimə oxşadığımı xatırlaya bilmirəm. Bu, gülməlidir”.

Yevgeni Bakıda “Meyvələrin söhbəti” tamaşasında iştirak edib və qazandığı təcrübədən razı qalıb.

Müsahibimiz sonda deyib: “Biz “Artbəndə” ilə Füzulinin “Meyvələrin söhbəti”ni iki dəfə oynadıq. Bu, uşaqlar üçün tamaşadır və nəticədə çox maraqlı alındı. Onda aydın oldu ki, mən poeziya ilə məmnuniyyətlə işləyə bilərəm. Son nəticədə ədəbi konsertlər də mənim peşəkar təcrübəmin böyük bir hissəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb