Londonda tələbələr etiraz aksiyası keçirib
London, 15 fevral , AZƏRTAC
Böyük Britaniyada tələbələr iqlim dəyişikliyi probleminə diqqət çəkmək üçün etiraz aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, etiraza Parlament Meydanının qarşısından başlayan aksiya iştirakçıları bu ölkənin Nazirlər Kabinetinin yerləşdiyi küçəyə doğru irəliləyiblər. Onlar İqlim dəyişikliyinə qarşı hərəkət etmək üçün şüarlar səsləndirib. Aksiya iştirakçıları sənaye inqilabından bəri atmosferin çirkləndiyini və hökumətin iqlim dəyişikliyinə biganə qaldığını bildiriblər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London