SİYASƏT
LOS-ANCELESİN KALİFORNİYA UNİVERSİTETİNƏ AZƏRBAYCANA AİD KİTABLAR HƏDİYYƏ OLUNMUŞDUR
Los-Anceles, 5 iyun (AZƏRTAC). Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun konsulu Elman Abdullayev ABŞ-ın məşhur Kaliforniya Universitetinin (UCLA) Araşdırmalar üzrə kitabxanasının direktorunun müavini Susan Parker və Orta Asiya, Şərqi Avropa ölkələri üzrə əməkdaşı Lilazar Pedse ilə görüşmüşdür.
UCLA-nın kitabxanasına ümummilli lider Heydər Əliyevə, Azərbaycan dili və ədəbiyyatına, tarixinə, mədəniyyətinə aid kitablar hədiyyə edilmişdir. Artıq ikinci dəfədir ki, Azərbaycan adından bu ali təhsil ocağına kitablar təqdim olunur.
Qeyd edək ki, Los-Ancelesin Kaliforniya Universitetində Azərbaycan dili dərslərini professor Altay Göyüşov tədris edir.
######