Maarifçi Hacı Şıxəli Feyzullahzadənin əsəri çapdan çıxıb
Bakı, 12 aprel, AZƏRTAC
XX əsrin əvvəlində geniş maarifçilik fəaliyyəti ilə məşğul olan Hacı Şıxəli Feyzullahzadənin “Təzkirətül-övliya” əsəri çap olunub.
Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və 1917-ci ildə “Açıq söz” elektrik mətbəəsində işıq üzü görmüş çap nüsxəsi əsasında nəşrə hazırlanıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Hacı Şıxəli Feyzullahzadə ötən əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən “Səadət” mədrəsəsinin müdiri olub və yazıçılıq məharəti ilə fərqlənib. Onun Osmanlı ləhcəsində yazdığı bu kitabda on dörd məsumun həyat və fəaliyyəti əksini tapır.
Kitabı Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı nəşrə hazırlayıb. Bəzi istisnalar nəzərə alınmazsa, müəllif əsərin dil və üslub xüsusiyyətlərini qoruyub saxlamağa çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:05]
Qərbi Azərbaycanın etnoqrafik mühiti və qızılbaş inancının folklora təsiri
- 05.06.2026 [11:51]
BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır
- 05.06.2026 [11:17]
İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
- 05.06.2026 [10:54]