Macarıstan mediası erməni hərbi birləşmələrinin kapitulyasiyasından yazır
Budapeşt, 21 sentyabr, AZƏRTAC
Macarıstanın kütləvi informasiya vasitələri Azərbaycanın Qarabağ bölgəsində 24 saat ərzində keçirilən lokal antiterror tədbirlərini geniş işıqlandırır.
AZƏRTAC xəbər verir ki, siyasi analitik Andraş Raçın “444.hu” nəşrində dərc olunmuş məqaləsində Bakıdakı mərkəzi hökuməti son nəticədə Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin qalıqlarının zərərsizləşdirilməsi qərarına gətirib çıxaran hadisələrin xronologiyası yer alıb. Müəllif antiterror tədbirlərinin keçirildiyi zonanın “Ermənistanın nəzarəti altında” olduğunu və bu ərazidə rəsmi İrəvan tərəfindən idarə edilən qanunsuz hərbi birləşmələrin yerləşdiyini qeyd edib.
A.Raç yazıb: “Formal olaraq, erməni qüvvələrinin təslim olması Moskvanın vasitəçiliyi ilə atəşkəs elan edilməsi kimi qələmə verilib, amma mahiyyət etibarilə bütün bunlar kapitulyasiyadır”.
Razılaşmanın əsas müddəalarını qısaca diqqətə çatdıran müəllif xatırladıb ki, cümə axşamı Yevlax şəhərində “Azərbaycanın mərkəzi hökuməti ilə yerli ermənilər arasında görüş olacaq”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]