Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mahmud Kaşğari və türkçülük məfkurəsi: Azərbaycandan baxış

Mahmud Kaşğari və türkçülük məfkurəsi: Azərbaycandan baxış

Bakı, 6 may, AZƏRTAC

Məfkurə - fikir, düşüncə, görüşdür. Məfkurə - hər millətin öz varlığını dərk etməsi və idrakdır. Məfkurələr millətlərin vicdanından doğur. XI yüzillikdə yaşamış Mahmud Kaşğari (1029-1126) elm aləmində “Divanü Lüğat-it-Türk” əsəri ilə məşhurdur. O, türk dillərinin ilk sözlüyü sayılan həmin əsəri 1077-ci ildə yazıb. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir. M.Kaşğarinin türklərin qarşısında ən böyük xidməti odur ki, onların varlığını təxminən min il əvvəl mövcud olan türk icmalarının nümunələri fonunda nümayiş etdirir. Lüğət ərəb dili qrammatikası üslubunda hazırlansa da, məqsədi müsəlmanlara, əsasən də ərəblərə türk dilini öyrətməkdən ibarət olub.

Bu fikirlər Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yeganə İsmayılovanın “Mahmud Kaşğari və türkçülük məfkurəsi: Azərbaycandan baxış” məqaləsində əks olunub. AZƏRTAC məqaləni təqdim edir.

Qaraxanlılar sülaləsinə məxsus şahzadə olan M.Kaşğari Buğra xanın altıncı nəslindəndir. “Divanü Lüğət-it-Türk” (“Türk dillərinin divanı”) əsəri türk millətinin şanlı, şərəfli bir abidəsidir. Ərəblərin türk dilini öyrənməsi məqsədilə yazılmış bu əsər türk dili və ədəbiyyatının ilk ana qaynağı və özülüdür. “Divan” Qaraxanlılar mühitində dövlət və idarə dili sayılan türk dilini öyrənmək zərurəti və ehtiyacından yaranıb. Müəllifə görə, tanrı türkləri üstün yaradıb, onları yer üzünə hakim edib, özlərinə gözəllik və igidlik dəyərləri verib.

XI əsrdə Mahmud Kaşğarinin ərəb dilində yazdığı “Divanü lüğat-it-Türk” (“Türk dillərinin qamusu”) türk dilini, türk mədəniyyətini, türk folklorunu, türk adət-ənənələrini, türk etnoqrafiyasını, türkün milli-mənəvi dəyərlərini, coğrafiyasını, tarixini, iqtisadiyyatını, psixologiyasını, sosial münasibətlərini və nəhayət, türkün milli kimliyini ərəblər arasında yaymağa və türkü tanıtmağa xidmət edirdi. “Divan” ərəblərin türk dilini öyrənməsi arzusu ilə yazıldığına görə, burada şərh və izahlar ərəbcə, söz, ifadə və bədii örnəklər isə türk dilindədir. Türkcə kəlmələr də ərəb lüğətçiliyi ənənələri əsasında düzülüb və tərtib edilib. Bununla belə “Divan” adi bir lüğət kitabı deyil. Bu sözlük XI yüzilliyə qədər keçib gələn türk dili, ədəbiyyatı, tarixi, coğrafiyası və s. elmlərinin ensiklopediyasıdır. Məhz buna görə də M.Kaşğari “türkologiyanın babası” sayılıb, onun tarixi xidməti yüksək qiymətləndirilib.

M.Kaşğari türk dilinin gələcəyinə inanır, onun ərəb dili ilə yarışa biləcək dərəcədə zəngin və gözəl olduğunu inamla bəyan edirdi. “Divan”da 7500-dən artıq sözün izah və şərhini verən müəllif yazırdı: “Həmən bütün türk boylarının dillərini, qafiyələrini əldə etdim, yalnız unudulmuş kəlmələri bu kitaba aldım. Türk dilinə sonradan girmiş sözləri yazmadım”. Yabançı sözləri yox, ancaq təmiz türk sözlərini lüğətə daxil edən M.Kaşğari doğru bir elmi yol tutmuşdur. Bununla belə o, kəlmələri sözdə işlənən hərflərin sayına görə bölürdü, üç, dörd və beş hərfli sözləri ayrıca başlıqlar altında verib.

“Divan”dan görünür ki, XI yüzillikdə türk dillərində on mindən artıq söz işlənmişdir. Əlbəttə ki, onlar alınma deyil, türk dilinin özünə məxsus sözlərdir. Böyük bir imperiyanın dövlət dili olan türk dilində alınma sözlər də yox deyildi. Müəllifin belə sözlərə üz tutmaması “Divan”ın ərəblərin türk dilini, məhz türkün ana sözlərini öyrənmək arzusu ilə yazıldığından irəli gəlirdi.

“Divan” iki bölmədən ibarətdir: giriş və sözlük bölmələri. Girişdə sözlüyün yazılması səbəbi, müəllifin iş üsulu və topladığı örnəklər barəsində bəhs açılır. Habelə türk boyları, onların dilində olan sözlərin qurulması və düzülüşü haqqında məlumat verilir. M.Kaşğarinin “Divan”ı ədəbi-tarixi baxımdan da əvəzsiz bir abidədir.

Divanda üç yüzdən artıq dördlük formasında yazılmış şeir parçası öz əksini tapıb. M.Kaşğari həmin şeirlərin haradan və necə toplandığını bildirməklə yanaşı, onlara xüsusi məna verirdi: “Mən bu kitabı əlifba tərtibində hikmətli sözlər, səslər, məqallar, qoşuqlar, rəcəz və nəsrə dair ədəbi parçalarla bəzədim”.

“Divan”da manilərin müəllifi, əlbəttə ki, bəlli deyil. Onların çoxunun naməlum şair və ozanlar tərəfindən yazılmasını inkar etmək olmaz. M.Kaşğari həmin şeir müəlliflərindən fəqət Çuçu adlı birisinin adını çəkib. Şübhə doğurmur ki, “Divan”da olan şeirlərdən bəziləri Çuçunun qələmindən çıxıb...

Türk şeirinin ən əski örnəyi Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıda onun ölümündən türk ellərinin kədərlənməsi, yasa batması göz yaşları ilə təsvir edilir.

“Divan”da maldarlıq və ovçuluğun tərifi, sevgi şeirləri, nəsihətamiz misra və beytlər də vardır. “Divan”da bütün dördlüklər axıcı, təbii və canlı bir dildə yazılıb.

Türk dilinin saflığını qoruyub saxlayan M.Kaşğari bu dilin hansı ölkələrdə yayılması və dövlət dili kimi işlənməsini də xəbər verir.

M.Kaşğari türk ləhcələrini təsnif edərək onları iki yerə ayırır: xaqaniyyə və oğuz ləhcələri. Xaqaniyyə Kaşğar, Balasaqun şəhərləri və Qaraxanlılar dövlətinin dilidir. Oğuz ləhcəsi isə oğuz, qıpçaq, yemək, peçeneq və bulqar türklərinin ləhcəsi sayılırdı.

Müəllifin “Divan”ı ortaq abidə kimi bu gün də bütün türk xalqları tərəfindən sevilir, öyrənilir, haqqında elmi araşdırmalar aparılır. Bu əsər bir daha təsdiq edir ki, yüzilliklər boyu türk xalqlarının dili, ədəbiyyat və mədəniyyəti müştərək olmuş, vahid ədəbi-tarixi ənənə və qaynaqlara əsaslanıb.

Onu da xüsusi olaraq qeyd etməyə dəyər ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Kaşğari Mahmud olub və “Divan”da verdiyi dairəvi dünya xəritəsində bizim vətənimiz Azərbaycan da “ərzi Azərabadqan” şəklində göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib