Malayziya Çin gəmisini talançılıqda ittiham edərək saxlayıb
Pekin, 1 iyun, AZƏRTAC
Malayziya sahil mühafizə xidməti İkinci Dünya müharibəsindən qalan gəminin qalıqlarını talan etməkdə şübhəli bilinən Çin quru yük gəmisini heyəti ilə birlikdə saxlayıb.
AZƏRTAC Malayziya mediasına istinadla xəbər verir ki, yerli balıqçı bir müddət əvvəl Cohor adasının sahil sularında, İkinci Dünya müharibəsi vaxtı Britaniya döyüş gəmisinin batdığı yerdə Çin gəmisinin lövbər saldığını müşahidə edib. Malayziyanın sahil mühafizə xidməti 32 nəfər heyəti olan Çin gəmisində Britaniya döyüş gəmisinə məxsus olduğu güman edilən topun mərmilərini, habelə gəminin metal hissələrini aşkarlayıb. Mərmilər mayın əvvəlində Cohor adasındakı metal tullantıları arasında tapılan mərmilərlə eynidir.
Malayziya mediası yazır ki, Çin gəmisi Britaniya gəmisinə məxsus metal hissələri Cohorda özəl bir anbara toplayırmış.
Qeyd edək ki, 1941-ci ildə Böyük Britaniya ordusuna məxsus döyüş gəmisinin yapon bombardmançı təyyarələri tərəfindən hücuma məruz qalması nəticəsində gəmi batıb, təxminən 840 dənizçi həlak olub. Bu, Britaniya hərbi dənizçilik tarixinin ən faciəli hadisələrindən biridir.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:35]
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
- 02.10.2026 [11:15]
Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
- 02.10.2026 [10:36]
Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur
- 02.10.2026 [08:54]
“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək
- 02.10.2026 [08:12]
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb
- 02.10.2026 [07:46]
ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib
- 02.10.2026 [07:07]
Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]