MALİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Qonağı səmimiyyətlə salamlayan nazir Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında tarixən həmişə xoş, mehriban münasibətlərin olduğunu bildirərək ölkəmizdə sosial sahədə, vətəndaşların pensiya təminatı və sığorta sistemində həyata keçirilən islahatlar, informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə danışdı, dövlətimizin bu mühüm dəyərlərə həmişə yüksək qiymət verməsini faktlarla açıqladı. Krallığın Ali Sosial Sığorta Təşkilatı sədrinin bu səfərinin, keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayan nazir, ikitərəfli əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin səmərəli olduğunu qeyd etdi.
Səmimi görüşə görə minnətdarlığını bildirən Süleyman əl-Hümayyd son illər Azərbaycanda iqtisadi islahatların uğurla aparıldığını və qazanılan nailiyyətlərin maliyyə sektorunda da aydın göründüyünü söylədi. O, bu səfəri müddətində Azərbaycanın müxtəlif bölgələrində olduğunu və ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu dedi, dost ölkələrimiz arasında əlaqələrin hərtərəfli genişlənməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirdi. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin onu qəbul etdiyini, bu görüşün qəlbində silinməz iz qoyduğunu da vurğuladı.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov görüşdə iştirak edirdi.