Maqnus Karlsen onlayn superturnirdə yenidən liderliyi ələ alıb
Bakı, 29 aprel, AZƏRTAC
Aprelin 28-də şahmat üzrə onlayn superturnirdə altıncı turun ilk iki görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, dünya çempionu, norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşini “armagedon”da üstələyərək (3:2) 2 xal qazanıb. Bununla o, turnirdə yenidən liderliyi ələ alıb. Digər görüşün qalibi isə FIDE-nin iranlı təmsilçisi Əlirza Firuzca olub. Niderlandlı Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən şahmatçı aktivinə daha 3 xal yazdırıb.
Hazırda turnir cədvəlinə 13 xalla M.Karlsen başçılıq edir. Amerikalı şahmatçı Hikaru Nakamura, çinli Liren Dinq 11, ABŞ-ın digər təmsilçisi Fabiano Karuana 10, Ə. Firuzca, Y.Nepomnyaşi 6, fransalı Maksim Vaşe-Laqrav 5, A. Giri 4 xala malikdirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]