RƏSMİ XRONİKA
MASALLI OLİMPİYA İDMAN KOMPLEKSİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Masallı Olimpiya İdman Kompleksində də oldu, tikinti işlərinin gedişi ilə maraqlandı. Prezidentə məlumat verildi ki, kompleksin tikintisi cədvələ uyğun aparılır.
Dövlətimizin başçısı ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına təkan verəcək, gənc nəslin sağlam böyüməsinə xidmət edəcək bu cür müasir idman obyektlərinin inşasının davam etdiriləcəyini bildirdi.
Bununla da Prezident İlham Əliyevin ölkəmizin cənub rayonlarına səfəri başa çatdı.