MASALLI RAYONUNUN YEDDİOYMAQ KƏNDİNDƏ İÇMƏLİ SU XƏTTİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Masallı rayonunun Yeddioymaq kəndində uzunluğu 20 kilometr olan içməli su kəməri istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, kəndin ağsaqqalları, ziyalılar çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinin qeyd olunduğu bir vaxtda və alman faşizmi üzərində tarixi qələbə günündə ailələrə sevinc bəxş etdiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. İctimaiyyətin nümayəndələri bəyan etmişlər ki, bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər.
Daxili imkanlar hesabına üç ay müddətində çəkilmiş yeni su kəməri rayonun Ərkivan, Qasımlı, Yeddioymaq, Kalinovka və Qızılağac kəndlərini içməli su ilə təmin edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]