MAY AYINDA İSTEHLAK BAZARINDA QİYMƏTLƏR HƏM ARTMİŞ, HƏM DƏ AZALMIŞDIR
May ayında istehlak bazarında uzun düyünün qiyməti 3,9 faiz, manna yarmasının qiyməti 0,4 faiz, mal ətinin qiyməti 0,7 faiz, yarımhislənmiş kolbasanın qiyməti 0,3 faiz, kəsmiyin qiyməti 0,6 faiz, kərə yağının qiyməti 4,2 faiz, almanın qiyməti 1,6 faiz, çuğundurun qiyməti 7,3 faiz, kökün qiyməti 48,9 faiz bahalaşmış, soğanın qiyməti 12,2 faiz, təzə südün qiyməti 0,7 faiz, yumurtanın qiyməti 1,9 faiz, təzə balığın qiyməti isə 1,8 faiz ucuzlaşmışdır.
Qeyri-ərzaq mallarından uşaqlar üçün qısa şalvarın qiyməti 5,6 faiz, uşaq futbolkalarının qiyməti 7,2 faiz, qız paltarının qiyməti 2,3 faiz, uşaq yay ayaqqabısının qiyməti 1,5 faiz, minik avtomobillərinin qiyməti 0,8 faiz, tikinti materiallarından kərpicin qiyməti 0,9 faiz, taxta-şalbanın qiyməti 0,1 faiz, yağlı boyanın qiyməti 0,4 faiz bahalaşmış, sementin qiyməti isə 2,9 faiz ucuzlaşmışdır.