MAYDA 4.009 PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, mayda 1 milyon 554 min 974 kvadratmetr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. Həmin ərazidə 4.009 PHS aşkar edilərək zərərsizləşdirilmişdir.
Əməliyyatlara 339 nəfər canlı qüvvə, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it cəlb edilmişdir.
İndiyədək 69 milyon 203 min 955 kvadratmetr ərazi təmizlənmiş, 310 min 898 mina və PHS tapılıb zərərsizləşdirilmişdir.
Agentlik təmizləmə əməliyyatlarını Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd, Gəncə və Ağstafa rayonlarında aparır.