MDB İqtisad Məhkəməsinin sədri Lyudmila Kamenkovadan
Hörmətli İlham Heydər oğlu,
MDB İqtisad Məhkəməsinin kollektivi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik etməyi və Azərbaycan Respublikasının firavanlığına yönəlmiş fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq diləməyi özünə şərəf sayır.
Bu xoş fürsətdən istifadə edib əminliyimizi bildiririk ki, Azərbaycan Respublikası ilə MDB İqtisad Məhkəməsi arasında əməkdaşlıq daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Dərin hörmətlə,
Lyudmila Kamenkova
MDB İqtisad Məhkəməsinin sədri