MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyevdən
Hörmətli İlham Heydər oğlu,
MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından doğum gününüz münasibətilə təbriklərimizi qəbul edin. Birliyin parlamentariləri MDB iştirakçısı olan dövlətlərin sosial-iqtisadi inteqrasiyasının inkişafına, beynəlxalq arenada humanitar əlaqələrin və əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirlər.
Sizə - görkəmli dövlət və siyasət xadiminə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasının tərəqqisi və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirik.
Cənab Prezident, Sizə və yaxınlarınıza xoşbəxtlik arzu edirik.
Hörmətlə,
Aleksey Sergeyev
MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi