REGİONLAR
MDU-nun kollektivi Zəfər Günü münasibətilə şəhid ailələrini ziyarət edib
![](/files/galleryphoto/2023/3/1200x630/16994421624768429327_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1699442162353879419_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994421625432210110_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994421622225149433_1200x630.jpg)
Bakı, 8 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Noyabr- Zəfər Günü münasibətilə Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin, eləcə də bu ali təhsil müəssisəsinin şəhid məzunlarının ailələrini ziyarət ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Vətənin bütövlüyü uğrunda canından keçərək tarixi Zəfərin qazanılmasında mühüm pay sahibi olan şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim olunub.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.